Azərbaycanda pensiya ilə bağlı bu QƏRAR GÖZLƏNİLİR: DEPUTAT AÇIQLADI
14 Mart 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
691
18.10.2025, 20:40
Xəbər verdiyimiz kimi, oktyabrın 18-də Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.
Qeyd edək ki, Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi.
Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbayel Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Təhlükəsizlik Şurası 1991-ci il mayın 14-də Azərbaycanın 1-ci prezidenti Ayaz Mütəllibov tərəfindən Milli Təhlükəsizlik Şurası adı ilə yaradılıb.
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası milli təhlükəsizlik məsələləri üzrə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən yaradılan məşvərətçi orqandır. Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi barədə təkliflər verir və digər funskiyaları yerinə yetirir.
Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının sədridir.
Təhlükəsizlik Şurasının üzvlərini, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti təyin və azad edir.
Təhlükəsizlik Şurası öz işini iclaslar vasitəsilə həyata keçirir. Təhlükəsizlik Şurasının iclaslarının gündəliyini Təhlükəsizlik Şurasının sədri müəyyən edir. İclaslarının təşkilini isə Təhlükəsizlik Şurasının katibi təmin edir. Təhlükəsizlik Şurasının katibi Təhlükəsizlik Şurasının funksiyalarının həyata keçirilməsini təmin edən vəzifəli şəxsdir.
Həmçinin oxuyun
Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
Keçmiş daxili işlər naziri Ramil Usubov 2019-cu ilin iyunundan Təhlükəsizlik Şurasının katibidir. 2023-cü ilin moyabrında R.Usubova müavin təyin edilib. Bu, sabiq müdafiə sənayesi naziri Mədət Quliyevdir. İldırım Vəliyev 2023-cü ilin noyabrında Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri təyin edilib. Təhlükəsizlik Şurasının katibi xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Elman Səmədovdur. O bu vəzifəyə 2019-cui ildə təyin edilib.
Təhlükəsizlik Şurasının üzvlərini təqdim edirik:
Mehriban Əliyeva (Azərbaycan Respublikasının Birinci vitse-prezidenti);
Sahibə Qafarova (Milli Məclisin sədri);
Əli Əsədov (Baş nazir);
Ramil Usubov (Təhlükəsizlik Şurasının katibi);
Əli Nağıyev (Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi);
Elçin Quliyev (Dövlət Sərhəd Xidmətinin rəisi);
Samir Nuriyev (Prezident Administrasiyasının rəhbəri);
Zakir Həsənov (Müdafiə naziri);
Vilayət Eyvazov (Daxili işlər naziri);
Kamran Əliyev (Baş prokuror);
Orxan Sultanov (Xarici Kəşfiyyat Xidmətinin rəisi).
23:58 / 14 Mart 2026
24
23:53 / 14 Mart 2026
19
23:46 / 14 Mart 2026
38
23:30 / 14 Mart 2026
32
23:14 / 14 Mart 2026
969
23:11 / 14 Mart 2026
50
23:03 / 14 Mart 2026
78
22:58 / 14 Mart 2026
78
22:53 / 14 Mart 2026
53
22:45 / 14 Mart 2026
191
22:28 / 14 Mart 2026
1224
22:22 / 14 Mart 2026
173
21:59 / 14 Mart 2026
51
21:55 / 14 Mart 2026
101
21:44 / 14 Mart 2026
639
21:41 / 14 Mart 2026
90
21:37 / 14 Mart 2026
108
21:33 / 14 Mart 2026
263
20:44 / 14 Mart 2026
1951
20:43 / 14 Mart 2026
98
20:34 / 14 Mart 2026
7264
20:30 / 14 Mart 2026
316
20:23 / 14 Mart 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.