Bu 7 qidanı yeyənlər daha gec qocalır
10 Avqust 2026, 23:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
656
16.10.2025, 10:36
Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevlə bağlı yeni xəbər var.
Oxu24.com xəbər verir ki, Mehdiyevə yaxın çevrədən modern.az-a daxil olan məlumata görə, media və sosial şəbəkələrin gündəmi olan akademikin halı dünən axşam saatlarında pisləşib. Hətta onun üstünə həkim çağırıblar. Həkim müayinəsi zamanı Mehdiyevin gərginlik və stress səbəbindən əsəb sisteminin pozulduğu, qan təzyiqinin həddindən artıq yüksəldiyi bildirilir.
Verilən məlumata görə, 87 yaşlı R.Mehdiyevi qəzəbləndirən əsas məsələlərdən biri vaxtilə vəzifəyə irəli çəkdiyi, deputat mandatı verdiyi, mövqe bəxş etdiyi bəzi insanların indi onun əleyhinə mətbuatda danışmasıdır. Bu halın akademikin mənəvi durumuna ciddi təsir göstərdiyi xüsusi vurğulanır.
Ramiz Mehdiyev vaxtilə yetişdirdiyi şəxslərin belə tezliklə onu inkar edəcəyini gözləmirmiş.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsində Ramiz Mehdiyevə cinayət işi başladılıb.
O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib. O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir.
R.Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. O, həm də hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında təmsil olunur.
23:41 / 10 Avqust 2026
54
23:41 / 10 Avqust 2026
64
23:24 / 10 Avqust 2026
72
22:32 / 10 Avqust 2026
68
22:10 / 10 Avqust 2026
75
21:49 / 10 Avqust 2026
79
20:42 / 10 Avqust 2026
86
20:35 / 10 Avqust 2026
76
20:01 / 10 Avqust 2026
81
19:43 / 10 Avqust 2026
102
19:36 / 10 Avqust 2026
200
19:05 / 10 Avqust 2026
88
18:56 / 10 Avqust 2026
87
18:24 / 10 Avqust 2026
95
17:59 / 10 Avqust 2026
89
17:40 / 10 Avqust 2026
105
17:15 / 10 Avqust 2026
100
16:59 / 10 Avqust 2026
93
16:45 / 10 Avqust 2026
93
16:33 / 10 Avqust 2026
138
16:30 / 10 Avqust 2026
121
16:08 / 10 Avqust 2026
102
15:54 / 10 Avqust 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.