Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ
11 Oktyabr 2026, 01:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
910
11.10.2025, 12:41
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin Kibertəhlükəsizlik komandası “Red Box” Bakıda keçirilən kibermüharibə yarışının qalibi olub.
Bu barədə Oxu24.com-a şirkətdən bildirilib.
Məlumata görə, yarışma kibertəhlükəsizlik sahəsində regionun ən mühüm platformalarından biri hesab olunan “CIDC 2025” II Kibertəhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
“Ağıllı şəhərlərdə Kibermüharibə” mövzusuna həsr olunan mübarizədə dövlət və özəl qurumlar, banklar, kritik infrastruktur təmsilçiləri, provayder və operatorlar, həmçinin təhsil müəssisələrindən ümumilikdə 25 kibertəhlükəsizlik komandası iştirak edib. İki gün davam edən yarışmada “AzInTelecom”un “Red Box” komandası yüksək peşəkarlıq və real kibertəhlükə ssenarilərinə çevik reaksiya qabiliyyəti ilə fərqlənərək bütün rəqiblərini geridə qoymağı bacarıb.
“AzInTelecom” bu uğur ilə ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına və peşəkar mütəxəssis hazırlığına verdiyi töhfəni bir daha nümayiş etdirir. Eyni zamanda şirkətin təqdim etdiyi xidmətlərin, xüsusilə bulud bə biometriya əsaslı həllərinin təhlükəsizliyinin yüksək səviyyədə olduğunu göstərir. Şirkət gələcəkdə də tərəfdaşlarına kibertəhlükəsizlik istiqamətində innovativ həllər təqdim etməyə və milli kibermüdafiə bacarıqlarının artırılmasına dəstək göstərməyə davam edəcək.
Qeyd edək ki, “AzInTelecom” MMC 2023-cü ildən etibarən peşəkar mütəxəssislər tərəfindən istifadəçilərin informasiya sistemlərini və məlumatlarını kiberhücumlardan qorumaq məqsədilə kompleks kibertəhlükəsizlik xidmətləri göstərir. 24/7 rejimdə çalışan Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə müştərilərə müntəzəm olaraq təhlükəsizlik təhlilləri, təhdid analizi və uyğunluq qiymətləndirmələri təqdim edilir. 2025-ci ildən bu sahəyə fokusunu daha da artıran şirkət müştərilərin kibertəhlükəsizlik mühitini gücləndirərək, onların fəaliyyətini daha etibarlı hala gətirmək məqsədi daşıyır.
01:41 / 11 Oktyabr 2026
42
01:28 / 11 Oktyabr 2026
8016
01:15 / 11 Oktyabr 2026
58
01:11 / 11 Oktyabr 2026
103
00:59 / 11 Oktyabr 2026
325
00:56 / 11 Oktyabr 2026
70
00:39 / 11 Oktyabr 2026
145
00:21 / 11 Oktyabr 2026
294
00:19 / 11 Oktyabr 2026
64
00:17 / 11 Oktyabr 2026
65
00:11 / 11 Oktyabr 2026
172
00:06 / 11 Oktyabr 2026
191
23:34 / 10 Oktyabr 2026
314
23:24 / 10 Oktyabr 2026
85
23:24 / 10 Oktyabr 2026
99
23:11 / 10 Oktyabr 2026
91
22:55 / 10 Oktyabr 2026
76
22:49 / 10 Oktyabr 2026
128
22:39 / 10 Oktyabr 2026
83
22:35 / 10 Oktyabr 2026
133
22:28 / 10 Oktyabr 2026
78
22:06 / 10 Oktyabr 2026
86
21:36 / 10 Oktyabr 2026
3185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.