Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ
11 Oktyabr 2026, 01:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
942
10.10.2025, 11:05
Qeyd edək ki, Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının rəhbəri Tahir İmanov, qardaşı Əməkdar artist Cabir İmanovun vəfatından sonra iki dəfə sosial şəbəkədə videomüraciət yayımlayıb. O, dəstək göstərən hər kəsə təşəkkür edib və bəzi jurnalistlər, xaricdə yaşayan blogerlərin səsləndirdiyi fikirlərə yaxın zamanda cavab verəcəyini bildirib.
Yazıçı Şərif Ağayar Əməkdar artist Tahir İmanovun paylaşdığı videomüraciətə cavab olaraq bir sıra tənqidi fikirlər səsləndirib.
Oxu24.com xəbər verir ki, bu barədə O, öz sosial şəbəkə hesabında paylaşım edib.
Yazıçı paylaşımında bunları qeyd edib:
“Tahir bəy, Allah qardaşına rəhmət eləsin. Məsələ budur ki, dərd çəkməkdən çox yaltaqlandığını hiss edirik. Yumor çox ciddi silahdır. O, gücə quyruq bulayanda təlxəkliyə çevrilir. Lütfən özünə və qardaşının ruhuna hörmət elə. Tənqidi fikirlərə gəlincə, sadə bir şeydir… Molla hamımız üçün soruşacaq: halallıq verirsiz? Şəxsən mən Cabir İmanova halallıq verirəm, istedadlı adam idi, tanrı səhvlərini bağışlasın… Haqqını halal eləməyənlər də var və əsaslandırırlar… Arqumentlərə cavab verin lütfən… Nə dırnaqarası jurnalistlər? Video var, fakt var, Şuşa ilə “risovka”lıq eləmək xilas yolu deyil axı. A kişi, qardaşın ölüb e sənin, bu vəziyyətdə necə yaltaqlanırsan? Hansı şüurdur bu? Utanmırsan? Olmaz, qarabağlı qardaş. Ölüm faktında yaltaqlığa yer yoxdur. Az qala deyirsən ki, uğurlu daxili siyasət nəticəsində qardaşım öldü… Özünü çox alçaltma lütfən. Hacıbala Abutalıbov şarjına çevrilmə. Kədəri adam balası kimi yaşa. Düşün ki, qardaşıma niyə halallıq verməyənlər var? Harda və necə səhv etdi? Həyasızlıq eləmə. Ayıbdır, əzizim. Utan azca. Çox pis görünür e kənardan… Vallah…”
Oxu24.com CityPost.az-a istinadən xəbər verir ki, Tanınmış şair Şəmsi Vəfadar yazıçı Şərif Ağayarın paylaşımına rəğmən aşağıdakıları bildirib:
“Dostum Şərif Ağayarın söylədikləri hesab edirəm ki,milyonlarla azərbaycanlının fikridir. Onların hər hansı şəkildə dillərinə gətirə bilmədiklərini Şərif bəy deyib.Vəfat etmiş qardaşı hər hansı şəkildə vasitəyə,alətə çevirmək doğurdan da ayıb sayılan bir hərəkətdir. Təhsil illərində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dəhlizində Cabir İmanovu polis geyimində görmüşdüm. Sonradan öyrəndim ki, O, Bakı Şəhər Baş Polis İdarəsində işləyir.Hesab edirəm ki,peşəkar polis aktyor yox,rəis olar. Əgər, Cabir İmanov peşəkar polis olsaydı,aktyorluq etməzdi. Aktyor kimi də böyük bir uğura imza atmayıb axı…Əgər,biz Cabir İmanovu ünlü aktyor hesab ediriksə,bəs onda Mirzağa Əliyev,Möhsün Sənani,Adil İsgəndərov,Lütfəli Abdullayev,Həsən Məmmədov,Şahmar Əkbərov,Taryel Qasımov,Rasim Balayev kimdir? Qısası Cabir yaxşı aktyor olsaydı,polislik etməzdi.Peşəkar polis olsaydı,səhnədə təlxəklik etməzdi.Qaldı Şərif Ağayarın dediklərinə,nə deyibsə, düz deyib…
01:41 / 11 Oktyabr 2026
199
01:28 / 11 Oktyabr 2026
8064
01:15 / 11 Oktyabr 2026
86
01:11 / 11 Oktyabr 2026
160
00:59 / 11 Oktyabr 2026
475
00:56 / 11 Oktyabr 2026
125
00:39 / 11 Oktyabr 2026
204
00:21 / 11 Oktyabr 2026
348
00:19 / 11 Oktyabr 2026
109
00:17 / 11 Oktyabr 2026
72
00:11 / 11 Oktyabr 2026
220
00:06 / 11 Oktyabr 2026
260
23:34 / 10 Oktyabr 2026
345
23:24 / 10 Oktyabr 2026
88
23:24 / 10 Oktyabr 2026
105
23:11 / 10 Oktyabr 2026
136
22:55 / 10 Oktyabr 2026
79
22:49 / 10 Oktyabr 2026
134
22:39 / 10 Oktyabr 2026
89
22:35 / 10 Oktyabr 2026
139
22:28 / 10 Oktyabr 2026
81
22:06 / 10 Oktyabr 2026
91
21:36 / 10 Oktyabr 2026
3441
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.