Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ
11 Oktyabr 2026, 01:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1371
09.10.2025, 12:42
Nazirlər Kabineti "Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi meyarları"nı təsdiq edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin fəaliyyətinin bu Qərarla təsdiq edilən meyarlar əsasında illik qiymətləndirməsinin nəticələrini təsdiqedici sənədlərlə birlikdə hər növbəti təqvim ilinin yanvarın 30-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə və "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 17 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim etməlidir.
Nazirlər Kabineti bəyan edib ki, qərar rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin dairəsini, həmçinin onların fəaliyyətinin qiymətləndirilməsi meyarlarını müəyyən edir.
Qərarın qəbulu müvafiq dövlət orqanlarında (qurumlarında) rəqəmsal inkişaf və elektron hökumətlə bağlı fəaliyyətə cavabdeh olan şəxslərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimlənmənin bərqərar olmasına, bununla da həmin sahədə məsuliyyətli idarəetmənin təşviqinə xidmət edəcək.
01:41 / 11 Oktyabr 2026
199
01:28 / 11 Oktyabr 2026
8064
01:15 / 11 Oktyabr 2026
86
01:11 / 11 Oktyabr 2026
160
00:59 / 11 Oktyabr 2026
475
00:56 / 11 Oktyabr 2026
125
00:39 / 11 Oktyabr 2026
204
00:21 / 11 Oktyabr 2026
348
00:19 / 11 Oktyabr 2026
109
00:17 / 11 Oktyabr 2026
72
00:11 / 11 Oktyabr 2026
220
00:06 / 11 Oktyabr 2026
260
23:34 / 10 Oktyabr 2026
345
23:24 / 10 Oktyabr 2026
88
23:24 / 10 Oktyabr 2026
105
23:11 / 10 Oktyabr 2026
136
22:55 / 10 Oktyabr 2026
79
22:49 / 10 Oktyabr 2026
134
22:39 / 10 Oktyabr 2026
89
22:35 / 10 Oktyabr 2026
139
22:28 / 10 Oktyabr 2026
81
22:06 / 10 Oktyabr 2026
91
21:36 / 10 Oktyabr 2026
3441
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.