Qadının gəncliyi, nə qədər yaşayacağı dəmir deposundan asılıdır
26 May 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
704
08.10.2025, 12:10
Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla nazirliyin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:
- Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu;
- Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu;
- Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutu;
- Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu;
- İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu;
- Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutu;
- Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu;
- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu.
Bundan başqa, nazirliyin tabeliyindəki Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin tabeliyinə, Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), Aqrar Problemlər İnstitutu (Gəncə) və Nəbatat Bağı (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə, Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan), Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanası (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə
verilib.
Qərarla yeni yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə, elmi müəssisələrin yenidən təşkili və ləğv edilməsi Elm və Təhsil Nazirliyinə həvalə edilib.
00:45 / 26 May 2026
87
00:09 / 26 May 2026
110
00:04 / 26 May 2026
228
23:56 / 25 May 2026
313
23:50 / 25 May 2026
160
23:42 / 25 May 2026
201
23:41 / 25 May 2026
222
23:39 / 25 May 2026
221
23:36 / 25 May 2026
84
23:34 / 25 May 2026
472
23:26 / 25 May 2026
184
23:24 / 25 May 2026
139
23:22 / 25 May 2026
97
23:17 / 25 May 2026
94
23:13 / 25 May 2026
74
23:12 / 25 May 2026
84
23:07 / 25 May 2026
89
23:04 / 25 May 2026
81
23:01 / 25 May 2026
155
22:57 / 25 May 2026
100
22:54 / 25 May 2026
86
22:49 / 25 May 2026
95
22:48 / 25 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.