Cəmi 5 dəqiqə: Arı yuvalarını necə tez və təhlükəsiz təmizləmək olar?
11 Avqust 2026, 22:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1592
04.10.2025, 18:04
Son zamanlar qeyri-dövlət sektorunda çalışan işçilərə 2019-cu ildən tətbiq edilən vergi güzəştinin 2026-cı ildən etibarən davam etdirilməyəcəyi ilə bağlı məlumatlar dövriyyəyə buraxılıb.
Bu ehtimalın əsas səbəblərindən biri kimi 2026-cı il üçün nəzərdə tutulan dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisindən toplanacaq vəsaitin əvvəlki illə müqayisədə 30 faiz və ya 577,8 milyon manat artacağı göstərilir.
Maraqlıdır ki, bu artım fonunda həmin vergi güzəştindən faydalanan şəxslərin sayının əhəmiyyətli dərəcədə çoxalması, əslində dövlətdə bu sahədən daha böyük həcmdə vergi toplamaq potensialının olduğunu göstərir. Sezar pizza
Belə ki, mövcud statistikaya əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən özəl müəssisələrdə əmək müqaviləsi ilə çalışan şəxslərin sayı artıq 1 milyon nəfəri ötüb. Halbuki 2019-cu ilin əvvəllərində bu rəqəm cəmi 470 min nəfər idi.
Bundan əlavə, son illər ərzində minimum əməkhaqqının 130 manatdan 400 manata qədər artırılması da bu sahədəki ümumi gəlirlərin və nəticə etibarilə vergi bazasının genişləndiyini göstərir.
Bütün bu amillər fonunda isə 2026-cı ildən etibarən güzəştin davam edib-etməyəcəyi ilə bağlı qərarın verilməsi ciddi iqtisadi və fiskal mülahizələrə əsaslanacaq. Dövlətin bu artımı nəzərə alaraq vergi güzəştlərini dayandırması ehtimalı yüksək görünür.
Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov bildirib ki, orta əmək haqqının səviyyəsi, yəni vergi bazasının genişlənməsi proqnozu gəlirlərin hesablanmasında öz əksini tapır:
"Digər əmək bazarının genişlənməsi muzdlu əmək müqavilələrinin sayının artması proqnozu və bu qədər həcmdə artımı şərtləndirən digər mühim faktorlardan biri də məhz qeyri-dövlət, qeyri-neft sektorunda çalışanlara münasibətdə əldə olunan muzdlu gəlirlərin 8 min manata qədər hissəsinin 14 faizinin vergiyə cəlb edilməsinin tətbiqi ilə əlaqədar olduğu ehtimalı çox yüksəkdir.
Belə görünür ki, güzəşt artırılmayacaq. Güzəşt müddətinin artırılmaması iqtisadiyyatın leqallaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri də gündəmə gətirir. Güzəşt müddətində əmək müqavilələrinin sayı ilə yanaşı məcburi sosial müdafiə haqları üzrə də yığımlar olub".
22:55 / 11 Avqust 2026
10
22:52 / 11 Avqust 2026
18
22:47 / 11 Avqust 2026
30
22:41 / 11 Avqust 2026
29
22:39 / 11 Avqust 2026
32
22:35 / 11 Avqust 2026
99
22:28 / 11 Avqust 2026
49
22:02 / 11 Avqust 2026
210
21:57 / 11 Avqust 2026
49
21:39 / 11 Avqust 2026
79
21:26 / 11 Avqust 2026
199
21:23 / 11 Avqust 2026
51
21:11 / 11 Avqust 2026
270
21:05 / 11 Avqust 2026
43
20:54 / 11 Avqust 2026
325
20:49 / 11 Avqust 2026
182
20:43 / 11 Avqust 2026
61
20:40 / 11 Avqust 2026
131
20:40 / 11 Avqust 2026
58
20:23 / 11 Avqust 2026
63
20:14 / 11 Avqust 2026
166
19:58 / 11 Avqust 2026
72
19:49 / 11 Avqust 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.