Qaynar xətt:

(+99450) 247 90 86

"WhatsApp" profillərinə "Facebook" hesabı əlavə edilə biləcək

2019-01/1547367922_vhat.jpg

CƏMİYYƏT

939

24.09.2025, 20:00

"WhatsApp" istifadəçilərə öz profillərinə "Facebook" hesablarını əlavə etməyə imkan verəcək yeni funksiyanı test edir.

Oxu24.com xəbər verir ki, bu funksiya Instagramdakı sistemə bənzər olacaq və istifadəçilər istəsələr, profilində Facebook hesabını göstərə biləcəklər.

Təsdiq prosesi "Hesab Mərkəzi" vasitəsilə aparılacaq. Doğrulanmış profillərdə Facebook simvolu görünəcək, təsdiqlənməmiş hesablar isə sadəcə keçid (URL) şəklində təqdim olunacaq.

Mütəxəssislərə görə, bu dəyişiklik WhatsApp-a sosial media elementlərinin inteqrasiyasının ilk mərhələsidir.