20 şagird zəhərlənib -TƏCİLİ
05 Dekabr 2025, 15:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
72
05.12.2025, 15:07
Yeni il yeni planlar, yeni qayğılar deməkdir. Ona görə də hər kəs yeni ilə ciddi hazırlaşır.
Bəs növbəti ildə bizi bank sektorunda hansı yeniliklər gözləyir?
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda kreditləşmə tempinin birrəqəmli göstəriciyə qədər yavaşlayacağını proqnozlaşdırır. “Fitch”in hesablamalarına görə, artım xüsusilə yüksək gəlirli hesab olunan istehlak kreditləşməsi seqmentində daha nəzarət edilə bilən həddə olacaq.
Agentlik qeyd edir ki, Azərbaycandakı son makroprudensial təşəbbüslərə maksimum effektiv faiz dərəcələri və təminatsız kreditlərin ölçüləri üzrə məhdudiyyətlər, həmçinin pərakəndə məhsulların bir hissəsi üçün artırılmış risk çəkiləri daxildir.
“Fitch”in məlumatında göstərilib ki, neytral proqnoz əsasən qeyri-xammal sektoru tərəfindən formalaşdırılan mülayim iqtisadi artım fonunda (2026-cı il üçün proqnoz – 2,5 %; 2025-ci il üçün – 2,3 %) kreditləşmənin daha yavaş şəkildə genişlənməsinə baxmayaraq, 2026-cı ildə bankların qənaətbəxş maliyyə göstəricilərinin saxlanılması gözləntilərini əks etdirir.
Agentliyin məlumatlarına görə, hələ də geniş olsa da, tədricən azalan faiz marjaları ilə dəstəklənən Azərbaycan banklarının yüksək mənfəətliliyi gözlənilən mülayim kredit riskinin dəyişkənliyinə qarşı etibarlı bufer rolunu oynayacaq. Hesabatın müəlliflərinin fikrincə, bankların maliyyələşməsi və likvidliyi proqnoza əsasən ümumilikdə sabit qalacaq.
Dollarlaşma səviyyəsi azalacaq
Agentlik kredit portfellərinin dollarlaşma səviyyəsinin azalmağa davam edəcəyini və 2026-cı ilin sonuna (2024-cü ilin sonunda – 16 %) qədər 12 %-ə yaxınlaşacağını gözləyir. Buna manatın ABŞ dollarına qarşı effektiv şəkildə bağlantısı və valyuta kreditləşməsinin sərt şəkildə tənzimlənməsi kömək edir. Eyni zamanda, “Fitch”in qiymətləndirməsinə görə, depozitlərin dollarlaşma səviyyəsi yüksək qalacaq – 2025-ci ilin üçüncü rübünün sonunda – 44 % və de-dollarlaşma prosesi əlavə tədbirlər olmadan tədricən baş verəcək.
Proqnoza görə, bankların gəlirliliyi geniş faiz marjaları ilə (2025-ci ilin yanvar-sentyabr ayları üçün 6,5 %) dəstəklənəcək, lakin 2026-cı ildə müddətli depozitlərin artması fonunda təxminən 50 faiz bəndi azala bilər. Eyni zamanda, kredit dəyərsizləşməsi üzrə xərclərin orta kredit dəyərinin 2 %-nə qədər artması (2025-ci ilin doqquz ayı ərzində 1,2 % ilə müqayisədə) gözlənilir. Bütün bunlar əməliyyat mənfəətliliyində müəyyən azalmaya səbəb olacaq, lakin onun səviyyəsi dayanıqlı qalacaq.
Həmçinin oxuyun
Proqnoza görə, kapital adekvatlığı əmsalları sabit qalacaq.
Gəlirlilik və risk-çəkili aktivlərin mülayim artımı iri bankların əhəmiyyətli dividend ödənişləri ilə kompensasiya ediləcək. “Fitch” “Tier 1” əmsalının 2026-cı ildə təxminən 14 % olacağını (2025-ci ilin üçüncü rübünün sonunda – 14,6 %) gözləyir, bu da minimum normativlərdən – 5 % (sistem əhəmiyyətli banklar üçün 6 %) yüksəkdir. Likvid ehtiyatlar, o cümlədən valyuta ehtiyatları yüksək olaraq qalacaq və kreditlərin depozitlərə nisbəti üzrə orta göstərici təxminən 80 % səviyyəsində saxlanılacaq.
Bu vəziyyət kredit faizlərinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu dəyişiklikdə borclanma səviyyəsinin artması, tənzimləyici orqanların kredit standartlarını sərtləşdirməsi və əhalinin borc yükünün yüksəlməsi əsas rol oynayır:
“Bankların likvidlik və kapital göstəriciləri stabil qalacaq, amma problemli kreditlərin nisbəti müəyyən qədər artaraq təxminən 4–4,5%-ə yüksələ bilər.
Banklar kredit verərkən daha ehtiyatlı yanaşacaq, faiz dərəcələri və kredit şərtlərini konservativ tutacaqlar. Pərakəndə kreditlərin yavaşlaması ilə korporativ kreditlər və qeyri-neft sektoruna yönəlmiş maliyyələşmə ön plana çıxacaq. Aktivlərin keyfiyyətinə nəzarət gücləndiriləcək və kredit portfeli balanslı şəkildə böyüyəcək.
Ümumilikdə, 2026‑cı ildə bankların kreditləşmə siyasəti sabit, davamlı və riskləri nəzərə alan yanaşmaya keçəcək. Bu, bank sektorunun dayanıqlığını qorumağa, iqtisadiyyatın qeyri-neft sektoruna dəstək verməyə və kredit portfelinin keyfiyyətini saxlamağa xidmət edəcək”.
15:50 / 05 Dekabr 2025
4
15:45 / 05 Dekabr 2025
10
15:43 / 05 Dekabr 2025
17
15:38 / 05 Dekabr 2025
32
15:18 / 05 Dekabr 2025
567
15:00 / 05 Dekabr 2025
61
14:52 / 05 Dekabr 2025
102
14:32 / 05 Dekabr 2025
69
14:28 / 05 Dekabr 2025
456
14:24 / 05 Dekabr 2025
65
14:01 / 05 Dekabr 2025
56
14:00 / 05 Dekabr 2025
123
13:48 / 05 Dekabr 2025
552
13:21 / 05 Dekabr 2025
55
13:18 / 05 Dekabr 2025
58
13:12 / 05 Dekabr 2025
57
13:02 / 05 Dekabr 2025
79
12:53 / 05 Dekabr 2025
264
12:46 / 05 Dekabr 2025
69
12:41 / 05 Dekabr 2025
564
12:36 / 05 Dekabr 2025
93
12:34 / 05 Dekabr 2025
443
12:32 / 05 Dekabr 2025
46
12:32 / 05 Dekabr 2025
51
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.