Bir qaşıqla mədə yanmasını unudun— Bağırsaq sağlamlığı üçün sous resepti
16 Avqust 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1779
02.09.2025, 11:31
Son müşahidələrə əsasən ölkədə ətin miqdarı nəzərəçarpacaq dərəcədə azalıb. Ət kəsim məntəqələrində bir növ qıtlıq yaşanır. Eyni zamanda, qiymətlərdə də artım müşahidə olunur. Artıq mal əti 17, quzu əti isə 24 manata təklif edilir.
Maraqlıdır, mövcud qıtlığın və qiymət artımının səbəbi nədir?
Oxu24.com xəbər verir ki, bu və digər suallarla müraciət etdiyimiz kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli Publika.az-a açıqlamasında sözügedən problemin əsas səbəblərindən danışdı.
Onun sözlərinə görə, ölkədə ət qıtlığının yaşanmasının arxasında 4 əsas faktor dayanır:
“Azərbaycanda xüsusilə xırdabuynuzlu heyvanların sayı kəskin şəkildə azalıb. Bu da ölkədə ət məhsullarının, xüsusilə quzu və qoç ətinin bahalaşmasına səbəb olub. Hazırda bəzi yerlərdə quzu ətinin qiyməti 30 manata qədər yüksəlib.
Son 5 ildə xırdabuynuzlu heyvanların sayı təxminən 1,7 milyon baş azalıb ki, bu da 20 faizdən çox azalma deməkdir. Bunun əsas səbəbləri kimi aşağıdakı faktorları göstərmək olar:
Yem qıtlığı: Ölkədə heyvandarlıq üçün lazım olan yemlərin istehsalı kifayət qədər deyil. Otlaq sahələrində məhsuldarlıq aşağı düşüb. Əgər əvvəl il ərzində xırdabuynuzlu heyvandan 15-16 kilo ət almaq olurdusa, artıq bu, mümkün deyil. Həmçinin, əvvəl bir heyvan qısa müddətdə yetişdirilirdisə, artıq yem qıtlığı səbəbindən daha uzun müddət lazım olur.
Təbii otlaq-örüş sahələrinin zəbt edilməsi: İmkanlı şəxslər, məmurlar örüş və biçənək sahələrini özəlləşdirərək villalar tikib, istirahət zonaları yaradıblar. Artıq heyvandarlıq sahəsi demək olar ki, onların əlindədir. Kəndlilər məcburiyyət qarşısında qalıb heyvanlarını kəsimə verir, ya da satırlar. İşbazların məqsədi əllərində az sayda heyvan saxlayıb, daha yüksək qiymətə satıb, daha çox qazanc əldə etməkdir. Bu isə heyvandarlığa ciddi zərbə vurur.
Doğum səviyyəsinin enməsi: Dişi heyvanların sayının azalması doğum səviyyəsinin də aşağı düşməsinə səbəb olub. Əvvəllər kəsim məntəqələrində, məsələn, gündə 2 heyvan kəsilirdisə, indi bu rəqəm yarıya enib. Say o qədər azalıb ki, 6-7 il əvvəlki qiymətlərə qayıtmaq üçün bir il ərzində xırdabuynuzlu heyvanların sayı 1 milyon 700 min baş artırılmalıdır. Bunun üçün də ilk olaraq sadaladığım digər problemlər həll olunmalıdır.
Diri heyvan idxalı: Son 7 ayda ölkəyə gətirilən diri heyvanların sayı 2 dəfədən çox artıb. Lakin bu, daxili tələbatı tam təmin edə bilmir. Ölkəyə idxal olunan heyvanlar daxili istehsal kimi təqdim edilir. İşbazlar bu heyvanları idxal qiymətindən iki dəfə baha qiymətə təklif edirlər. İdxal olunan heyvanlar ucuz olsa da, bazarda inhisar şəraiti onların da baha qiymətə satılmasına səbəb olur”.
Ekspert hesab edir ki, bu problemlərin qarşısı alınmasa önümüzdəki aylarda qiymətlərdə daha çox artım müşahidə olunacaq:
“Əslində, təklif azaldıqca qiymətlərin artması səbəbindən artıq əhali arasında tələbat da azalıb. Son günlər ət kəsim və ya satış məntəqələrində alıcıların da azaldığını görürük. Proqnozlaşdırıram ki, bu ilin qışında mal ətinin qiyməti 20, quzu və qoç ətinin qiyməti isə 30 manatdan yuxarı ola bilər. Biz dəfələrlə bu barədə hökuməti məlumatlandırmışıq ki, bizi qarşıda çox çətin günlər gözləyir, ət, süd istehsalı daha da azalacaq. Artıq bu gün bunun şahidi oluruq.
Uzunmüddətli həll yolu kimi, heyvandarlıqda məhsuldarlığın artırılması, örüş sahələrinin kəndlilərə qaytarılması və yem təminatının yaxşılaşdırılmasını təklif edirəm. Hazırkı şəraitdə isə bahalaşma tendensiyası davam edəcək”.
22:26 / 16 Avqust 2026
39
22:06 / 16 Avqust 2026
52
21:54 / 16 Avqust 2026
45
21:17 / 16 Avqust 2026
60
21:08 / 16 Avqust 2026
70
20:46 / 16 Avqust 2026
74
20:39 / 16 Avqust 2026
787
20:33 / 16 Avqust 2026
281
20:19 / 16 Avqust 2026
59
19:56 / 16 Avqust 2026
84
19:40 / 16 Avqust 2026
91
19:29 / 16 Avqust 2026
114
15:05 / 16 Avqust 2026
130
14:20 / 16 Avqust 2026
136
14:12 / 16 Avqust 2026
385
13:55 / 16 Avqust 2026
138
13:45 / 16 Avqust 2026
413
13:40 / 16 Avqust 2026
1086
11:57 / 16 Avqust 2026
123
11:56 / 16 Avqust 2026
125
23:29 / 15 Avqust 2026
276
23:27 / 15 Avqust 2026
149
22:53 / 15 Avqust 2026
209
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.