Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1406
az

Bürclər- 5 may 2018

00:2205 May, 2018
1947
CƏMİYYƏT
  • A
Qoç - yaxınlarınızın sizə ciddi ehtiyacı var. Onlarla ünsiyyətdən yayınmayın. Nə qədər çətin olsa da, görüş üçün vaxt tapın. İşlər çox olacaq. Təşvişə düşməyin. Problemlərin öhdəsindən gələcəksiniz. Yardımçı və tərəfdaş tapmaq çətin deyil.
Günün ikinci yarısında sizə kömək edəcək insanın sonradan mükafat və ya ödəniş istəyəcəyinə hazır olun.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız yaxşı olacaq. Səfərə və ya gəzintiyə yollanmaq olar.
Axşam saatlarında aktiv istirahəti seçin.
Buğa - yardım, dəstək, məsləhət almaq istədiyiniz insanlarla ünsiyyət üçün yaxşı gündür. Görüşdüyünüz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Təbii olun, danışıqlarda və ya müzakirələrdə məqsədə çatmaq üçün səy göstərin.
Günün ikinci yarısında maliyyə fonu əlverişlidir. Alış-veriş etmək olar. Emosiyaların və hisslərin təsiri altına düşməyin. Bu gün başlayacaq münasibətlər harmonik ola bilər. Axşam saatlarına yaxın çətinliklər yaranacaq.
Maneələri qətiyyətlə dəf edin. İradəli olun.
 
Əkizlər - uzaqdan gəlmiş insanlarla təmaslar, danışıqlar və ya müzakirələr uğurlu alınacaq. Səfərə, ezamiyyətə yollanmaq olar. Yeni tanışlıqlar zamanı həssas və sayıq olun. Ünsiyyət çevrəsini genişləndirmək, faydalı əlaqələrin sayını artırmaq şansları yaranır.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Qeyri-adi, ekstravaqant əşyalara fikir verin.
Emosional fon stabil olmadığından əhvalınız pozulacaq. Qıcıqlanmayın, yaxınlarınızdan inciməyin.
Xərçəng - yaxın ətrafınızdakı insanlarla münasibətlərinizə fikir verin. Təmasların harmonikliyi yeni plan və layihələrə təsir edə bilər. Valideynlər, yaşlı qohumlarla dil tapmaq asan deyil. Onlar sizi qayğısız, məsuliyyətsiz adlandıracaqlar.
Peşə fəaliyyəti və ya kommersiya ilə bağlı mühüm informasiya alacaqsınız.
Günün ikinci yarısında işgüzar duyumunuz iti olsun. Anlaşma və sövdələşmələr üçün əlverişli gündür. Əhvalınız pis olmasa da, korlana bilər.
Məqsədə çatmaq üçün inadkar olun. Rəqiblərlə bədxahların çığır-bağırına fikir verməyin. İşdə sizin arxanızca danışan insanın ləyaqətsiz davranışlarının qarşısını alın.
Şir - asan gün deyil. İstənilən məqsədə çatmaq üçün adi günlərdən fərqli olaraq daha çox səy göstərməli olacaqsınız. Yaşam potensialının səviyyəsi yüksəkdir. Bütün maneələri dəf edərək sədləri yıxmaq üçün yetərincə enerjiniz olacaq.
Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Gözlənilməz, nəzərdə tutulmamış xərclər olacaq.
Romantik təmaslar baxımından münasib zamandır. Sevdiyiniz insanla ünsiyyət sizi sevindirəcək. Dəvət aldığınız tədbirlərə qatılmaqdan imtina etməyin. Yeni tanışlıqlar şansı var.
Qız - hüquqi, əmlak və maliyyə məsələlərinin həlli üçün uğurlu gündür. Dövlət qurumlarının nümayəndələri ilə söhbət zamanı mövqelərinizdən geri çəkilməyin, hüquqlarınızın tapdanmasına imkan verməyin. Təmkinli və soyuqqanlı olun. Səhvlər etməməyə, yanlışlıqlara yol verməməyə çalışın. Uğura mümkün qədər tez nail olmağa imkan verən taktika hazırlayın.
Günün ikinci yarısında atacağınız addımlara görə məsuliyyət daşımağa hazır olun. Ətrafınızdakı insanlar buna təəccüblənə bilərlər. Maraqlandığınız insanla sıx ünsiyyət qurun.
Axşam saatlarına yaxın yaşam potensialı səviyyəsi aşağı düşə bilər. Adi günlərdən fərqli olaraq çox tez yorulursunuz. Normal istirahət etməyə çalışın.
Tərəzi - işlər çox olacaq. Onların arasında dostlara və ya tanışlara həvalə edə biləcəyiniz, ya da ertələmək imkanı olan iş yoxdur. İstirahət edə biləcəyinizi düşünməyin. Nə qədər aktiv və enerjili çalışsanız, bir o qədər yaxşıdır.
Alış-verişdə bədxərclik etməyin. Maliyyə imkanlarnınızı genişləndirməyə çalışın. Pulları hədər yerə xərcləməyin.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksəkdir. Enerji fonu əlverişlidir. Əhvalınız pis deyil. Pozitiv olun. Yaxın ətrafınızdakı insanlar sizdən yardım gözləyirlər. Təmaslarda diqqətli və sərvaxt olun. Mənasız, boş əlaqələrə qatılmayın.
Əqrəb - parlaq, yaddaqalan gün olacaq. Gərginliklər və narahatlıqlar çox olacaq. Yeni tanışlıqlar asanlıqla yaranacaq. Təmasda olduğunuz insanı bəyənirsinizsə, əlaqənin dinamik inkişaf etməsi üçün səy göstərin.
Emosiyaların əsiri olmayın. Əks təqdirdə düşünülməmiş qərar və addımlarınıza görə sonradan təəssüf hissi keçirə bilərsiniz.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq. Axşam saatları imiclə eksperimentlər və qarderobun yenilənməsi üçün əlverişlidir.
Yaradıcılıq fəaliyyətində irəliləyişlər istisna deyil.
Oxatan - bu gün alacağınız informasiya az sonra mühüm, faydalı məlumata çevrilə bilər. Bu səbəbdən də təsadüfi söhbətlərdə eşitdiyiniz yenilikləri qulaqardına vurmayın. Aldığınız hər xəbərə fikir verin.
Maliyyə baxımından əlverişli zamandır. Anlaşma və sövdələşmələr zamanı diqqətli olun.
Günün ikinci yarısında alış-veriş etmək olar. Qəfil hədiyyə və gəlir istisna deyil.
Yeni tanışlıqlar olacaq. Amma həmin tanışlıqlardan birini ciddi münasibətlərə çevirməyin. İrəliləyişinizə və inkişafınıza mane ola biləcək əlaqələri kəskin.
Sevdiyiniz insanla münasibətlərdə sərinlik yaranmasına imkan verməyin.
Oğlaq - yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Parlaq ideyalar yaranacaq. Həmkar və dostların yardımı ilə ideyalardan birini reallaşdıra bilərsiniz. Ətrafınızdakı insanların etimadını və rəğbətini qazanmağa çalışın. İşgüzar baxımdan faydalı ola biləcək tanışlıq yaradın.
Günün ikinci yarısında görüşəcəyiniz insanlar maraqlı və cazibədardır. Münasibətləri sıx əlaqələrə çevirməyə tələsməyin. Soyuqqanlı, təmkinli olun.
Axşam saatlarında fiziki işlərə aludə olmayın. Travma risqi, beldə ağrıların yaranması təhlükəsi var.
Dolça - işgüzar tərəfdaşlarla danışıqlar, yeni layihənin müzakirəsi üçün əlverişli gündür. Maraqlı işə başlaya bilərsiniz. Uzaq yola çıxırsınızsa, hazırlıq zamanı tələsməyin. Xərclər az olmayacaq. Amma təəssüratlar da boldur.
Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər. Başağrısı, yuxusuzluq riski var. Emosional fon yaxşı olacaq. Baş verənlərə rəğmən nikbin qalın.
Balıqlar - çətin situasiyalar yaranacaq. Ən müşkül vəziyyətdən çıxa bilərsiniz. İntuisiyanız iti olsun. Yaxın ətrafınızdakı insanları anlayın, yanlış qərarlar qəbul etməyin, səhv addımlar atmayın. Bədxahlarla düşmənlərin məkrli planlarını alt-üst edin.
Çoxdan bəri həllini gözləyən problemi günün ikinci yarısında çözün. Yeni romantik münasibətlər sürətlə və dinamik inkişaf edəcək. Amma bu zaman soyuqqanlı olun, sağlam məntiqi unutmayın.
Axşam saatlarında müsbət təmayüllərin təsiri güclənəcək.


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı
Günün qoroskopu: Mühüm qərarları tələsmədən qəbul edin7 Oktyabr 2023 

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı