Qaynar xətt:

(+99450) 247 90 86

Qadın sağlamlığı üçün 4 məsləhət

2019-05/1559232344_759157.jpg

CƏMİYYƏT

535

30.05.2019, 20:05

\"\" Qadın və kişi arasındakı bioloji fərqlilik sağlamlıq baxımından da dəyişir. Yəni, qadınların səhhətində problemlər kişilərdən fərqli olaraq, daha sürətli arta bilər.
Oxu24.com axşam.az-a istinadən qadınlara sağlamlıqlarının qayğısına qalmaq üçün 4 məsləhət təqdim edir: Soyuqdəymə: 2 xörək qaşığı ardıc giləmeyvəsini 0,5 litr suya tök. Məlhəmi səhərə kimi vam odda saxla. Gün ərzində yeməkdən sonra bu sudan iç. Uşaqlıq yolunun sallanması: 100 qr. dəvədabanını, 75 qr. badrənci və mərzəni qarışdır. Gecə termosa 750 ml. su töküb, içərisinə qarışıqdan 2 xörək qaşığı əlavə edib, səhərə kimi saxla. Gündə 3 dəfə, yeməkdən 1 saat əvvəl bu məlhəmdən iç. Uşaqlıq yolu eroziyası: Xırda doğranmış palıd kökündən 2 xörək qaşığı götürüb, 0,5 litr suya töküb, vam odda bir saat qaynat. Səhər və axşam bu su ilə yuyunun Uşaqlıq yolu göynəməsi: 3 xörək qaşığı sürvəni 600 ml. su ilə qarışdırıb, bir gecə termosda saxla. Gün ərzində bu məlhəmdən 1 stəkan iç. Eyni zamanda sürvəli su ilə yuyun.