Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bayram namazının vaxtı açıqlandı

2019-05/1559225068_namaz.jpg

CƏMİYYƏT

714

30.05.2019, 18:47

\"\" Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Oxu24.com-a verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da \"Əjdərbəy\" məscidində, saat 09:00-da isə \"Təzə Pir\" məscidində bayram namazı qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq. Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək. Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb. İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır.