Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
21 Sentyabr 2026, 23:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
816
19.07.2025, 18:19
Yayın ən xoş anları bir yanlış hərəkətlə kabusa çevrilə bilər. Soyumaq üçün suya düşüncəsiz şəkildə "balıqlama tullanmaq" onurğa sınıqları və ifliclə nəticələnə biləcək ciddi risklər yaradır.
Oxu24.com bununla bağlı məlumatları təqdim edir:
Yayda sərinləmək üçün suya girmək əyləncəli görünsə də, böyük təhlükələr daşıyır. Xüsusilə dayaz sularda balıqlama tullanmaq, onurğa sınıqları və ifliclə nəticələnə bilər. Bu cür ciddi travmaların yay aylarında nəzərəçarpacaq dərəcədə artdığına diqqət çəkir. Xüsusilə gənclərin nümayiş məqsədilə yüksəkdən balıqlama tullanmasının ciddi risklər daşıyır.
"Yay gələndə göl, dəniz və hovuzlar sərinləmək üçün seçilir, amma bir anlıq ehtiyatsızlıq bütün həyatı dəyişə bilər". Dərinliyi və ya dibi məlum olmayan sularda balıqlama tullanmaq onurğa sınıqlarına, onurilik zədələnmələrinə və iflicə səbəb ola bilər. Əgər nəfəs almağı təmin edən diafraqma siniri də zədələnərsə, bu zaman həyati təhlükə belə yarana bilər.
Tanınmayan sularda balıqlama tullanmanın ən böyük təhlükəsi başın sərt dibə çırpılmasıdır. Bu, boyun onurğasında sınıqlara və onurilik zədələnməsinə səbəb ola bilər.
"Əlil qalma riskini önləmək üçün mütləq tədbir görülməlidir". Travma zamanı ilk tibbi yardımın çox vacib olduğunu vurğulayıb:
"Əgər belə bir hadisə baş verərsə, ilk olaraq xəstəni təhlükəsiz şəkildə sudan çıxarmaq və boyun nahiyəsini hərəkət etdirməmək lazımdır. Mümkündürsə, boyun sabitləşdirilməli, dərhal təcili tibbi yardıma müraciət olunmalıdır. Düşünülmədən edilən müdaxilələr iflic vəziyyətini daha da ağırlaşdıra bilər". Xüsusilə böyük qruplarda bir-birinə baxıb hündür yerdən tullanmağa çalışanların daha böyük risk altında olduğu bildirilir. Saniyələr içində verilən bir qərar, insanın həyatının qalanını təkərli əlil arabasında keçirməsinə səbəb ola bilər. Bu səbəbdən dibini və dərinliyini bilmədən suya tullanmaq olmaz. /Lent.az
23:29 / 21 Sentyabr 2026
25
23:14 / 21 Sentyabr 2026
55
22:27 / 21 Sentyabr 2026
61
22:22 / 21 Sentyabr 2026
60
22:20 / 21 Sentyabr 2026
59
22:12 / 21 Sentyabr 2026
61
22:04 / 21 Sentyabr 2026
57
22:03 / 21 Sentyabr 2026
54
21:55 / 21 Sentyabr 2026
61
21:47 / 21 Sentyabr 2026
58
21:41 / 21 Sentyabr 2026
72
21:35 / 21 Sentyabr 2026
64
21:32 / 21 Sentyabr 2026
69
21:30 / 21 Sentyabr 2026
91
21:21 / 21 Sentyabr 2026
69
21:18 / 21 Sentyabr 2026
57
21:18 / 21 Sentyabr 2026
57
21:11 / 21 Sentyabr 2026
96
21:02 / 21 Sentyabr 2026
60
20:56 / 21 Sentyabr 2026
69
20:52 / 21 Sentyabr 2026
65
20:29 / 21 Sentyabr 2026
70
20:10 / 21 Sentyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.