Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13921
az

Elektron siqaretlərin dəhşətli zərəri araşdırıldı

20:5729 May, 2019
612
CƏMİYYƏT
  • A
ABŞ-ın Stanford Universitetinin Tibb fakültəsinin professoru Cozep Vunun rəhbərliyi ilə elektron siqaretlərlə bağlı araşdırma aparılıb.

Oxu24.com Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, mütəxəssislər qan damarı hüceyrələrinin elektron siqaret mayesinə məruz qalması nəticəsində DNT-yə böyük zərər dəydiyini və hüceyrə ölümü baş verdiyini bildiriblər. Araşdırma zamanı müəyyən edilib ki, elektron siqaretlərin tərkibinə vurulan dadverici mayelərin müxtəlifliyindən asılı olaraq DNT-yə də müxtəlif zərər dəyir.

Belə ki, darçınlı və mentollu mayelər ürək sağlamlığı üçün birbaşa zərbədir.

"Bu günə qədər bu mayelərin hüceyrələrə necə təsir etməsi barədə məlumatlı deyildik. Bu araşdırmalar göstərdi ki, elektron siqaretlər ənənəvi siqaretlərin təhlükəsiz alternativi deyil" - deyə professor Cozep Vu bildirib.

Mütəxəssislərə görə,  ənənəvi siqaret çəkən zaman insan nə qədər siqaret çəkdiyini bilir. Ancaq elektron siqaretlər  aldadıcı ola bilir. Belə ki, çox qısa bir zaman müddətində özünüzü böyük miqdarda nikotinə məruz qoya bilərsiniz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Bəlkə Zelenskini Marsa göndərək?"
Bu ərazi işıqsız qalacaq
“Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik təsdiqləndi

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu