Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13911
az

4 yaşında birinci sinfə gedən qız 18 yaşında BDU-nu bitirir: "XİN-də praktika keçirəm"

18:5629 May, 2019
711
CƏMİYYƏT
  • A
 
Azərbaycanda 18 yaşlı tələbə magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində 114 bal toplayıb.
Oxu24.com-un “Report”a istinadən xəbərinə görə, bu, Turana Tağıyevadır.

T.Tağıyeva bildirib ki, bu yaşda belə bir uğur çox qürurvericidir: “Uşaq vaxtı qardaşım və xalam oğlu məktəbə gedəndə ağlayırdım ki, mən də oxumaq istəyirəm. Valideynlərim də bu israrımı görüb məni məktəbə apardı. Məktəbdə məni sorğu-sual etdilər. Dedilər ki, yaşıdlarından və sinifdə olanlardan savadlı, eləcə də yaddaşın yaxşıdır. Nəticədə 4 yaşımda imtahan verərək məktəbə daxil oldum. Məktəbdə əlaçı olmuşam. Hazırda da ali təhsil aldığım Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Münasibətlər fakültəsini də fərqlənmə diplomu ilə bitirəcəyəm”.

O, magistraturaya ixtisas seçimi zamanı da məhz BDU-nun Beynəlxalq münasibətlər və diplomatiya ixtisasını seçəcək: “IV kurs tələbəsi olduğumdan hazırda Xarici İşlər Nazirliyində (XİN) praktika keçirəm və elə arzum da burada qalıb işləməkdir”.

Qeyd edək ki, Turana Tağıyeva 2000-ci ilin avqustunda anadan olub. 4 yaşında 193 nömrəli məktəbə gedib. 10-11-ci sinfi isə 212 nömrəli məktəbdə davam etdirib. 14 yaşında BDU-ya qəbul olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU
"Bəlkə Zelenskini Marsa göndərək?"
Bu ərazi işıqsız qalacaq

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu