Qaynar xətt:

(+99450) 247 90 86

“Arsenal” və “Çelsi” oyununa baxmaq istəyənlərə VACİB XƏBƏR

“Arsenal” və “Çelsi” oyununa baxmaq istəyənlərə VACİB XƏBƏR

CƏMİYYƏT

937

29.05.2019, 11:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  UEFA Avropa Liqasının final matçına cəmi 100 bilet qalıb.
Bunu Oxu24.com-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.
Onun sözlərinə görə, satışdakı 62 min biletdən yalnız 100-ü qalıb. Lakin AFFA rəsmisi bunu da vurğulamağı unutmayıb: “Bildiyiniz kimi, əvvəl UEFA biletlərin 21500-nü onlayn qaydada satışa çıxarmışdı. Bunların hamısı satıldı. Amma bu, o demək deyil ki, stadion tam dolu olacaq. Çünki bu finala Avroliqanın yarımfinal iştirakçılarından “Ayntraxt” və “Valensiya”nın da çıxmaq şansı vardı. Bu iki komandanın azarkeşləri isə əvvəldən finala bilet almışdı. Ola bilsin ki, həmin alman və ispan azarkeşlər Bakıdakı oyuna gəlməsin”. Qeyd edək ki, bu gün “Arsenal” və “Çelsi” final görüşünə çıxacaq. Bakı Olimpiya Stadionundakı görüş saat 23:00-da baş tutacaq.