Uzun illər övlad həsrətində olan Axundovlar ailəsində dördəm dünyaya gəlib.
Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, Respublika Günü ərəfəsində dünyaya gələn 2-si qız, 2-si oğlan olan körpələr tam sağlamdırlar.
Bir dəfəyə 4 övlad sahibi olan gənc ailənin sevincinin həddi-hüdudu yoxdur. Gənc valideynlər övladlarının sağ-salamat doğulduqlarına görə "Caspian International" Hospitalın rəhbərliyinə, xüsusən də bu işdə sonsuz əməyi olan həkim Aytən Səfərovaya minnətdarlıqlarını bildirirlər. Bu gün həyatlarının ən xoşbəxt günü olduğunu deyən Axundovlar, körpələrinin sağlam və xoşbəxt olması üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Qeyd edək ki, dördəmlər Bakıda "Caspian International" Hospitalda doğulublar. Oxu24.com
ŞƏRHLƏR