Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13809
az

“Bakıda erməni tələbə yoldaşımı gördüm, dedi rahat gəlib-gedirəm...”

13:4127 May, 2019
646
CƏMİYYƏT
  • A
 

Bunu Moderator.az-a açıqlamasında son dövrdə Ermənistanın Azərbaycana yönəlik kəşfiyyat işlərini gücləndirməsindən bəhs edən tanınmış politoloq Cümşüd Nuriyev söyləyib.

“Təsəvvür edirsiz, bu yaxınlarda Bakıda, Azərbaycan paytaxtının mərkəzi küçələrindən birində təsadüfən erməni tələbə yoldaşım Vladimir Şikaryanı gördüm. Məndən gizlənmək istəsə də, onu saxlayıb hiddətlə soruşdum ki, sən burda nə gəzirsən, Bakıya necə gəlibsən. Cavab verdi ki, mən ləzgiyəm, erməni deyiləm ki, heç bir problem yoxdur, rahat gəlib gedirəm. Nə isə, 5 il erməni kimi tanıdığın adama erməni olduğunu sübut edə bilmədim. Sənəddə ləzgidir axı...

Ümumiyyətlə, son vaxtllar Dağıstanda rüşvət verib soyadlarını ləzgi, avar soyadlarına dəyişərək Bakıya rahat gəlib- gedən ermənilər çoxdur. Onların çoxu uzun illər Azərbaycanda yaşadığından dilimizi də təmiz bilirlər. Təbii ki, həmin ermənilər Azərbaycandakı müxtəlif sahələrdə, o cümlədən dövlət orqanlarında işləyən qohum-əqrəbalarıyla da görüşürlər... Və şübhəsiz ki, Bakıya gələn düşmən millət nümayəndələri arasında kəşfiyyatçı və təxribatçılar da xeylidir. Xalqımız ayıq olmalıdır. Son vaxtlar diqqət etmişəm, zahirən erməni olduğu tam bilinən qızlar Bakı küçələrinin tinlərində durub guya selfi çəkdirirlər. Əslində onlar kəşfiyyat məqsədi ilə küçələrin adlarını, tinlər arasındakı məsafələri, yaxud  hansısa strateji obyektləri və s. çəkirlər. Yoxsa, küçənin tinində görkəmsiz bir yerdə nə şəkil çəkdirmək?..

Bizimkilər hara  baxır, bilmirəm, mən gözümlə gördüklərimi deyirəm. Bura gəlib-gedən erməni agentləri kimlərəsə arxayındırlar. Təəssüf ki, bu dəqiqənin özündə də bəzi strateji qurumlarda Azərbaycanın maraqlarını Rusiya və Ermənistana satan və ya satmağa hazır olan adamlar var... Ardıcıl olaraq Mütəllibova, Elçibəyə, sonra Heydər Əliyevə xəyanət edərək bu gün də İlham Əliyevə xəyanət etməyə hazırlaşanlar Milli Məclisdə də deputat kimi əyləşib...”-deyə keçmiş parlament üzvü bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ərazi işıqsız qalacaq
“Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik təsdiqləndi
Aynişan ən gözəl anlarını belə yaşayır -FOTO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu