Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13759
az

“Fuad Abbasov Türkiyə vətəndaşıdır, getsin Türkiyəyə” – Araz Əlizadə

15:4626 May, 2019
707
CƏMİYYƏT
  • A
Milli Məclisin deputatı Araz Əlizadə jurnalist Fuad Abbasovun Moskvada saxlanmasının səbəbləri və başqa məqamlar haqda "Yenicag.az”a danışıb.

Oxu24.com həmin müsahibəni təqdim edir:

 
– Fuad Abbasovun Moskvada saxlanmasını Rusiyanın Azərbaycana mesajı kimi qiymətləndirənlər də var…

– Mən indi sizdən soruşuram, Fuad Abbasovun Azərbaycana nə dəxli var?

– Bizim vətəndaşdır…

– Kim deyir sizə? O, Türkiyə vətəndaşıdır. Azərbaycanda ikili vətəndaşlıq yoxdur.

– Özünün də dəfələrlə dediyinə görə, Azərbaycan vətəndaşıdır. Həm də onun məhz Azərbaycana deport ediləcəyi bildirilir.

– O, Türkiyə vətəndaşıdır və buyursun, getsin Türkiyəyə. Azərbaycana niyə gəlir? Özü televiziya ilə çıxış edəndə, neçə dəfə bildirib ki, mən Türkiyə vətəndaşıyam, mənim sultanım vardı, güclü dövlətimiz vardı, o sultanın qərarlarını qəbul edirəm… Mən o verilişlərə baxmışam. Siz nə istəyirsiz deyin, ancaq mən də deyirəm ki, o, bir dəfə də Azərbaycanın mövqeyindən çıxış etməyib. O, son zamanlar nədənsə, birdən-birə oldu azərbaycanlı, yadına düşdü ki, onun vətəni də var.

– Fuad Abbasov son müsahibəsində mayın 28-də Azərbaycana deport ediləcəyini deyib. Azərbaycan vətəndaşı olmasaydı, niyə bura göndərilsin ki?

– Yəqin ki bu, Poladın (Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu – red.) xidmətidir. Onu Rusiya telekanallarının tok-şoulurına bizim səfirimiz Polad soxmuşdu… Rusiya televiziyaları Polada müraciət etmişdilər ki, bizim verilişlərdə erməni politoloqlar çox olsa da, azərbaycanlılar yoxdur. Xahiş edirik ki, azərbaycanlı politoloqları bizə təqdim edəsiz. Polad Bülbüloğlu isə onlara belə təqdimat vermişdi ki, rusdilli Azərbaycan politoloqları yoxdur, amma Türkiyə vətəndaşı olan Azərbaycan əsilli politoloq var. Onu göndərmişdi… Olmazdı ki, Türkiyə vətəndaşı Fuad Abbasova verilən pulları versinlər bizim rusdilli politoloqlara və o verilişlərə göndərsinlər?

– Rusdilli politoloqlarımız az deyil…

– Rusiyalı deputatlar Milli Məclisdə olanda mən Kalaşnikovdan soruşdum ki, niyə sizin tok-şoularda azərbaycanlı politoloqlar yoxdur? O da cavab verdi ki, səfiriniz bizə rəsmi cavabında rusdilli Azərbaycan politoloqlarının olmadığını bildirib.

– Maraqlı məqamdır. Ancaq əvvəlki suala qayıdıram. Belə fikirlər var ki, Rusiya bu addımla Azərbaycandan hansısa siyasi qərarın verilməsini gözləyir…

– Yox, nə siyasi qərar… Fuad Abbasov o qədər böyük fiqur deyil ki, Azərbaycan ona görə nə isə etsin.

– Yaxşı, belə deyək, onun nümunəsində…

– O heç nümunə də ola bilməz. Çox savadsız uşaqdır. Bir dəfə Norkinin "Mesto vstreçi” tok-şousuna çıxmışdı. Həmin verilişdə Amerikanın "Stinger” raketlərini qadın alt paltarının adı ilə qarışdırdı. Bunu da bir neçə neçə dəfə təkrarladı. Bu da onun savadı… Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı