Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - RƏSMİ

2019-05/1558868206_fuad.jpg

CƏMİYYƏT

824

26.05.2019, 14:55

\"\" Oxu24.com 7NEWS.az-a istinadla xəbər verir ki, Rusiyada yaşayan və fəaliyyət göstərən jurnalist Fuad Abbasov azad edilib. Qeyd edək ki, 18 mayda Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlamışdı.
Moskva məhkəməsi mayın 7-də \"Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.