Qaynar xətt:

(+99450) 247 90 86

ŞAD XƏBƏR: bu şəxslər üçün avtobus pulsuz oldu

2019-05/1558797457_09-03-06-vagzal_389485.jpg

CƏMİYYƏT

652

25.05.2019, 19:19

\"\"
UEFA Avropa Liqasının final oyunu ərəfəsində akkreditasiya olunmuş şəxslərin mayın 25-30-da ictimai nəqliyyatdan və biletli azarkeşlərin isə mayın 28, 29 və 30-da kart sistemi ilə işləyən marşrutlardan ödənişsiz şəkildə istifadəsi üçün işlər görülüb.
Oxu24.com -un  məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O bildirib ki, eyni zamanda oyun günü ictimai nəqliyyat gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək: \"Çarter reysi ilə gələn \"Arsenal\" və \"Çelsi\" azerkeşlərinin \"Terminal-1\" və \"Terminal-2\" ərazisindən müvafiq olaraq Bakı Olimpiya Stadionuna və Bakı Nəqliyyat Agentliyinin Depo-2 ərazisinə təqdim edilən siyahıya uyğun olaraq daşınması AFN transport şirkəti tərəfindən həyata keçiriləcək və koordinasiya olunacaq.
Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək