Qaynar xətt:

(+99450) 247 90 86

Hava Limanında ölən şəxs kimdir?

Hava Limanında ölən şəxs kimdir?

CƏMİYYƏT

2271

03.06.2025, 15:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Heydər Əliyev Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib.

Oxu24.com  xəbər verir ki, hadisə dünən saat 14 radələrində qeydə alınıb.

Rusiya Federasiyası vətəndaşı olan 1959-cu il təvəllüdlü Sudabar Niftulla qızı Kazhibekovanın səhhəti qəfil pisləşib və o vəfat edib.

66 yaşlı qadının infarktdan ölməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Məlum olub ki, sərnişinin ölümü S7 aviaşirkətinin Novosibirsk–Bakı reysi zamanı, hava gəmisinin bortunda baş verib.

Təyyarə saat 14:04-də eniş etdikdən sonra tibbi briqada tərəfindən ölüm faktı təsdiqlənib. Hadisə aeroport ərazisi ilə bağlı deyil.