Kamilənin anasının meyiti tapıldı – Təfərrüat
19 Avqust 2026, 15:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
748
03.06.2025, 13:49
Azərbaycanda sərhədyanı kəndlərə "Böyük qayıdış"ı təmin etmək üçün elektrik və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir.
Oxu24.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
"Ölkəmizdə 4 244 kənd var. Bu böyük sərvətdir. Paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisad, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələyə çevriib. Hökumət Bakının 2040-cı il Baş Planında demoqrafik vəziyyətlə bağlı göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3,17 milyon nəfər olacaq. Halbuki qeyri-rəsmi məlumatlara görə həmin sayda əhali indi Bakıda yaşayır. Ölkəmizin 63 rayonun yalnız 29-da əhali 100 min nəfərdən çoxdur. Yəni, rayonların cəmi 46 %-nin 100 min nəfərdən çox əhalisi var. 18 bölgədə 50 min – 100 min arası əhali yaşayır. 4 244 kəndin yalnız 92-də əhali sayı 5 000-dən çoxdur. 214 kəndin əhalisi isə 50 nəfərdən azdır.
2023-cü ildə ölkə əhalisi 3,9 milyard kubmetr, Bakının əhalisi isə 1,4 milyard kubmetr qaz istehlak edil. Yəni, ölkə üzrə təbii qaz istehlakının 36 %-i paytaxtın payına düşür. Bundan başqa, il ərzində əhali ümumilikdə 6,6 milyard kv/saat, Bakı əhalisi isə 2,8 milyard kv/saat elektrik enerjisi istehlak edib. Yəni, ölkə üzrə elektrik enerjisi istehlakının 42 %-i paytaxtın payına düşür. Halbuki, Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23 %-dən azdır. Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaldaq", - o qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var: "Onun hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artdıqca, sıxlığın yaratdığı problemlər - mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik".
15:59 / 19 Avqust 2026
19
15:56 / 19 Avqust 2026
1
15:54 / 19 Avqust 2026
43
15:45 / 19 Avqust 2026
39
15:36 / 19 Avqust 2026
55
15:30 / 19 Avqust 2026
53
15:11 / 19 Avqust 2026
59
15:10 / 19 Avqust 2026
57
14:50 / 19 Avqust 2026
57
14:49 / 19 Avqust 2026
64
14:44 / 19 Avqust 2026
78
14:30 / 19 Avqust 2026
71
14:24 / 19 Avqust 2026
62
14:18 / 19 Avqust 2026
163
14:15 / 19 Avqust 2026
70
14:05 / 19 Avqust 2026
52
13:59 / 19 Avqust 2026
68
13:45 / 19 Avqust 2026
64
13:37 / 19 Avqust 2026
67
13:30 / 19 Avqust 2026
58
13:10 / 19 Avqust 2026
71
13:06 / 19 Avqust 2026
69
12:59 / 19 Avqust 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.