Ay tutulması Bakıda da görünəcək - Bu tarixdə..
19 Avqust 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
265
19.05.2025, 15:04
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən uşaq əyləncə mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bu barədə Oxu24.com-a FHN-dən məlumat verilib.
Bildirilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və müvəqqəti çəkilmiş elektrik naqillərindən istifadə edilir, obyektin xarici və daxili divarları yanar üzlük materialları ilə üzlənilib, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Abşeron rayonu, Xırdalan şəhərində yerləşən uşaq əyləncə mərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
21:40 / 19 Avqust 2026
1
21:17 / 19 Avqust 2026
9
20:59 / 19 Avqust 2026
43
20:04 / 19 Avqust 2026
50
19:50 / 19 Avqust 2026
62
19:27 / 19 Avqust 2026
77
17:59 / 19 Avqust 2026
87
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
99
17:12 / 19 Avqust 2026
102
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
90
15:56 / 19 Avqust 2026
70
15:54 / 19 Avqust 2026
118
15:45 / 19 Avqust 2026
88
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
89
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
89
14:49 / 19 Avqust 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.