Ay tutulması Bakıda da görünəcək - Bu tarixdə..
19 Avqust 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
398
18.05.2025, 08:40
Yaşıl soğan tərkibindəki vitamin və minerallarla sağlamlıq üçün bir çox faydalar təmin edir.
Adətən salatlarda, bəzən də müxtəlif yeməklərdə istifadə edilən yaşıl soğan faydalarına görə mütəxəssislər tərəfindən tez-tez tövsiyə edilir.
Yaşıl soğan immunitet sistemini gücləndirən C vitamini ilə zəngindir və orqanizmin müqavimətini artıraraq xəstəliklərdən qoruyur.
Tərkibindəki antioksidantlar sayəsində iltihabla mübarizə aparır və sərbəst radikalların orqanizmə zərər verməsinin qarşısını alır. Yaşıl soğan az kalorili olduğundan çəkisinə nəzarət etmək istəyənlər üçün ideal tərəvəzdir.
Liflə zəngin olan yaşıl soğan həzmi asanlaşdıraraq bağırsaq sağlamlığını dəstəkləyir. Soyuqdəymə, qrip, ürək xəstəlikləri və bəzi iltihabi xəstəliklərə qarşı qoruyucu xüsusiyyətləri var.
Bu tərəvəz bədəni bir çox xroniki xəstəliklərdən də qoruyur. Tərkibindəki A vitamini sayəsində gözlər üçün çox faydalıdır. Həmçinin qan şəkərinin səviyyəsini balanslaşdırmağa kömək edir.
Tərkibindəki antioksidantlar və vitaminlər sayəsində dərinin yenilənməsinə və nəmlənməsinə kömək edir. Xüsusilə tərkibindəki C vitamini və kükürd dəri hüceyrələrinin bərpasına yardımçı olur, dərini daha parlaq və sağlam edir.
Yaşıl soğan sızanaq kimi dəri problemlərinə qarşı da təsirlidir. Dərinin elastikliyini artıran bu tərəvəz qocalma əlamətlərinin gecikdirilməsində də rol oynayır. Daimi istehlak edildikdə dərinin daha canlı və sağlam görünməsinə kömək edir.
Yaşıl soğan saç və dəri üçün də çox faydalıdır. Qaynadılıb istehlak edildikdə həzm problemlərini də xeyli azaldır. Eyni zamanda bədəndə yığılan toksinləri xaric edir.
Bədəni təmizlədiyi kimi, immunitet sistemini də gücləndirir. Bəlğəmgətirici xüsusiyyətə malikdir və boğazın təmizlənməsində çox təsirlidir. Yaşıl soğanın kəskin qoxusu olsa da, qida borusunda hüceyrələrin yenilənməsinə kömək edir.
Xərçəng hüceyrələrinin əmələ gəlməsi üçün mühit yaradacaq vəziyyətlərin qarşısını alır. Ağciyərlərdəki iltihabı təmizləyir.
Hamiləlik dövründə yaşıl soğan istehlakı gələcək analar üçün faydalıdır. Tərkibindəki vitamin və minerallar sayəsində ana və körpə sağlamlığına fayda verən yaşıl soğan, xüsusilə fol turşusu və C vitamini baxımından zəngidir. Fol turşusu körpənin inkişafı üçün çox əhəmiyyətlidir və yaşıl soğan bu qida dəyərini təmin etdiyi üçün hamiləlik dövründə faydalı hesab olunur./qafqazinfo
Göyərtilərin ümumi faydalarını buradan oxuya bilərsiniz.
21:40 / 19 Avqust 2026
35
21:17 / 19 Avqust 2026
32
20:59 / 19 Avqust 2026
47
20:04 / 19 Avqust 2026
55
19:50 / 19 Avqust 2026
66
19:27 / 19 Avqust 2026
81
17:59 / 19 Avqust 2026
90
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
101
17:12 / 19 Avqust 2026
104
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
90
15:56 / 19 Avqust 2026
70
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
89
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
89
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
89
14:49 / 19 Avqust 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.