Müəllimlərə şad xəbər! - Rəsmi şəxs AÇIQLADI
13 Dekabr 2025, 22:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
247
24.04.2025, 11:14
Xəbər verdiyimiz kimi, ötən gün Masallı rayonunda 40 həftəlik hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olan Nərmin Mehbalıyeva və övladı doğuş zamanı vəfat edib.
Oxu24.com ATV Xəbərə istinadən xəbər verir ki, ailə yaxınları ana və uşağın ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.
Vəfat edən qadının əri Bəhruz Mehbalıyev bildirib ki, həyat yoldaşı hamilə olarkən bütün müayinələrdən keçib və müayinə kağızlarının hamısı var: “Doğum evinin müdiri bizim kənddəndir, yoldaşımın sancısı tutanda zəng etdim. Dedi ki, mənim başım ağrıyır, aparın xəstəxanaya, növbətçi həkim var, problem olsa, mən də gələcəyəm. Getdik, İlhamə Nağıyeva adlı həkim öz boynuna götürdü. İçəri girdi, ondan sonra heç bir xəbər olmadı. Sağ qolunda sistem izi var idi. Xəstəxanada heç kim də yox idi, özü də gömgöy idi. Həkim səhlənkarlığından ölüb. Ölümün səbəbini deyən yox, nə vaxt ölüb deyən yox, ölün var burada, gəl götür deyən yoxdur.
“102” qaynar xəttinə zəng elədim, polisdən yardım istədim. Prokurorluq nümayəndəsi gələndən sonra baş həkim gəldi. Uşağa, ümumiyyətlə, heç bir müdaxilə etməyiblər. Ana öləndən sonra hamı qaçıb. Mənim 4 qızım var, bu 5-ci idi, arzumuz ürəyimizdə qaldı…”
Ailənin yaxını Elsevər Mehbalıyev də bildirib ki, ölüm baş verəndən sonra xəstəxana işçilərindən kimsə onlara hansısa məlumat verməyib.
Həmçinin oxuyun
Masallı RMX-nın sözçüsü Ceyhun Hüseynov hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, doğuşa gələn qadınla bağlı bütün zəruri tibbi müayinələr aparılıb: “Doğuşun konservativ gözləyici taktika ilə aparılmasına qərar verilib. Saat 03:00-da xəstənin qəfildən halı pisləşib. Bütün reanimasion tədbirlərə baxmayaraq, ölüm halı qeydə alınıb. Ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır”.
22:45 / 13 Dekabr 2025
71
22:30 / 13 Dekabr 2025
47
22:28 / 13 Dekabr 2025
56
22:22 / 13 Dekabr 2025
51
22:11 / 13 Dekabr 2025
113
21:58 / 13 Dekabr 2025
267
21:34 / 13 Dekabr 2025
746
21:21 / 13 Dekabr 2025
63
21:19 / 13 Dekabr 2025
79
21:15 / 13 Dekabr 2025
60
21:02 / 13 Dekabr 2025
56
20:49 / 13 Dekabr 2025
303
20:44 / 13 Dekabr 2025
70
20:36 / 13 Dekabr 2025
65
20:26 / 13 Dekabr 2025
68
20:01 / 13 Dekabr 2025
256
19:53 / 13 Dekabr 2025
83
19:21 / 13 Dekabr 2025
373
19:16 / 13 Dekabr 2025
111
18:32 / 13 Dekabr 2025
1000
18:12 / 13 Dekabr 2025
167
18:02 / 13 Dekabr 2025
115
17:43 / 13 Dekabr 2025
2046
17:09 / 13 Dekabr 2025
109
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.