Mayın 1-dən ibtidai siniflərdə yaz tətili başlayır
29 Aprel 2025, 19:00
Qaynar xətt:
(+99450) 247 90 86Leysan olacaq - FHN-dən xəbərdarlıq
CƏMİYYƏT
149
14.04.2025, 12:26
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli güclü olacağı, dağ çaylarından sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Həmçinin oxuyun
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
20:01 / 29 Aprel 2025
ABŞ Rusiya və Ukraynanı tələsməyə çağırır
1
19:46 / 29 Aprel 2025
Xocalı haqqında inşa yazmaqdan imtina etmişdi — Bu gün doğum günü olan şəhidimiz haqda faktlar
31
19:35 / 29 Aprel 2025
Nəfəs özünü ən böyük fanat kütləsi olan müğənni adlandırdı — VİDEO
38
19:31 / 29 Aprel 2025
İsrail HƏMAS-ı rədd edir və qoşun toplayır
13
19:29 / 29 Aprel 2025
"Tarqovıy"da restoran yanır
20
19:27 / 29 Aprel 2025
Lukaşenko Putini hamı ilə bölüşməyə hazırdır
18
19:17 / 29 Aprel 2025
Çində restoranda yanğın - 22 ölü, 3 yaralı
17
19:09 / 29 Aprel 2025
Aygün Əzizova canına qəsd etdi
28
19:06 / 29 Aprel 2025
Finlandiya prezidenti Rusiyaya Trampla oynamamağı tövsiyə edib
14
19:05 / 29 Aprel 2025
Siyasi partiya nümayəndələri Laçına səfər ediblər
16
19:00 / 29 Aprel 2025
Mayın 1-dən ibtidai siniflərdə yaz tətili başlayır
50
18:48 / 29 Aprel 2025
Pakistanda terrorçular məhv edilib
76
18:45 / 29 Aprel 2025
Baş nazir qərar imzaladı: Yeni publik hüquqi şəxs yaradıldı
184
18:39 / 29 Aprel 2025
Baş nazir Əli Əsədov qərar imzalayıb
26
18:20 / 29 Aprel 2025
Ukraynada bütün sağlam hərbi komissarlar cəbhəyə göndəriləcək
29
18:14 / 29 Aprel 2025
Polad Həşimov anası ilə sonuncu danışığında nə deyib? — Milli Qəhrəmanın anası ilə müsahibə
299
18:04 / 29 Aprel 2025
Tramp Ağ Evi öz hesabına qızılla örtüb
34
18:01 / 29 Aprel 2025
"Tramp" ləqəbli it insanları xilas etdi
85
17:58 / 29 Aprel 2025
Binadan atılan Ayşən tualetdə saxlanılırmış - Hüseynin ŞOK İFADƏSİ
500
17:54 / 29 Aprel 2025
Rusiya regionunda nəhəng neft tankerinin tikintisi başa çatıb
36
17:51 / 29 Aprel 2025
10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
38
17:34 / 29 Aprel 2025
Güclü yanğın başladı — VİDEO
575
17:31 / 29 Aprel 2025
Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı yekunlaşdı
43
17:17 / 29 Aprel 2025
Prezident bu vəzifələri ləğv etdi
593
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.