Müəllimlərə şad xəbər! - Rəsmi şəxs AÇIQLADI
13 Dekabr 2025, 22:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
403
11.04.2025, 14:45
Azərbaycan Dövlət Iqtisad Universitetində Türk Dünyası İqtisad Fakültəsi,Türk Dünyası Gənclər Təşkilatı və İqtisadçı Vətənpərvərlər Təşkilatının birgə təşkilatçılığı ilə “Qəhrəmanların izi ilə: Aprel Döyüşləri” adlı tədbir keçirilib. Tədbirdə universitetin müəllim və tələbə heyəti, eləcə də Aprel döyüşlərində iştirak edən hərbçi və qazilər də iştirak edirdilər.
Tədbirin əvvəlində Vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan himni səsləndi. Aprel döyüşlərindən və Zəfər tariximizdən bəhs edilən qısa film izlənildi.
Türk Dünyası Gənclər Təkilatının sədr müavini Ziyad Ağayev öz çıxışında bildirdi ki, torpaq üçün şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, biz isə onların iziylə şərəfli bir yolla addımlayırıq. 2016-cı ildə düşmən təxribatının qarşısını alamaq üçün başlanılan ilk həmləmiz Azərbaycanın – qəhrəmanlıq, birlik və sədaqət salnaməsinə çevrildi. Biz gənclər də onların xatirəsini əziz tutur, arzularının həyata keçməsini əməli işimizdə göstərməyə çalışırıq.
Universitetin Türk Dünyası İqtisad Fakültəsinin müəllimi Nəriman Məmmədov Aprel döyüşlərinin əhəmiyyətindən və eyni zamanda universitetin vətən uğrunda şəhid olan tələbələrindən danışdı. Qeyd etdi ki, Qarabağ döyüşlərində universitetin 48 tələbəsi şəhid olub.
Aprel və Zəfər döyüşlərinin iştirakçıları Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əhliyət Mehdiyev, gizirlər Elvin Orucov, Xaqani Məmmədov və döyüşçü Müseyib Qəhrəmanov da tələbələrə keçdikləri şanlı döyüş yolundan, dost itkisindən, şəhidlik mərtəbəsinin ucalığından və vətənin azadlığı uğrunda döyüşlərdə türk insanına məxsus olan döyüş ruhunun onlara güc verməsindən danışdılar.
Aprel döyüşləri şəhidlərinin xatirəsinə və qazilərin keçdikləri qəhrəmanlıq yoluna həsr olunmuş tədbirdə “Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyinin müəllifi , türk dünyasının araşdırmaçı yazarı, jurnalist Aida Eyvazlı Göytürk də iştirak edirdi. Aida Eyvazlı Göytürk 2016-cı ilin ilk aprel günlərində başlanan döyüşün bugünkü qələbəmizin müjdəçisi olduğunu dedi. Öz çıxışında apreldə , həmin o zəfər ismarıcı ilə dolu olan günlərdə şəhid olan hər bir şəhidin ailəsinə baş çəkdiyini, döyüşün şahidlərinin söhbətlərini qələmə alarkən bu günkü Zəfərə inandığını söylədi. Ali Baş Komandan İlham Əliyevin və onun müzəffər əsgərlərinin qazandığı Zəfəri türk dünyasının zəfəri, Qarabağın düşməndən azad olmasını isə Türk Dövlətləri Təşkilatının yaranmasına bir ümid və inam verdiyini söylədi.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının hərbi orkestrinin solisti, gizir Anar İlhamlı özünün bəstələdiyi qəhrəmanlıq mahnılarını ifa etdi.
Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkildi.

Həmçinin oxuyun
23:30 / 13 Dekabr 2025
1
22:45 / 13 Dekabr 2025
111
22:30 / 13 Dekabr 2025
62
22:28 / 13 Dekabr 2025
72
22:22 / 13 Dekabr 2025
67
22:11 / 13 Dekabr 2025
143
21:58 / 13 Dekabr 2025
304
21:34 / 13 Dekabr 2025
826
21:21 / 13 Dekabr 2025
66
21:19 / 13 Dekabr 2025
88
21:15 / 13 Dekabr 2025
67
21:02 / 13 Dekabr 2025
61
20:49 / 13 Dekabr 2025
318
20:44 / 13 Dekabr 2025
76
20:36 / 13 Dekabr 2025
69
20:26 / 13 Dekabr 2025
69
20:01 / 13 Dekabr 2025
263
19:53 / 13 Dekabr 2025
84
19:21 / 13 Dekabr 2025
475
19:16 / 13 Dekabr 2025
114
18:32 / 13 Dekabr 2025
1013
18:12 / 13 Dekabr 2025
168
18:02 / 13 Dekabr 2025
118
17:43 / 13 Dekabr 2025
2176
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.