Bu qidalar sizi daha ağıllı edəcək
02 May 2025, 11:45
Qaynar xətt:
(+99450) 247 90 86Əsgərləri Raquf Orucovdan danışır:" Bu insana ancaq şəhidlik yaraşırdı..."
CƏMİYYƏT
1812
04.04.2025, 14:28
Xəbər verdiyimiz kimi tarixə "Aprel Döyüşləri" kimi düşən 4 günlük hərbi əməliyyatlardan 9 il keçir. Bu gün məhz həmin döyüşlərin sonuncu günüdür.
Oxu24.com xəbər verir ki,məhz bu gün "Murovun Qartalı" kimi tanınan kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun şəhadətə ucaldığı gündür.
Ötən günlərdə saytımızda şəhidin həyat yoldaşı Sevinc Orucovanın müsahibəsi yayımlandıqdan sonra çoxsaylı oxucu müraciətini nəzərə alaraq qəhrəman şəhidimiz haqda yeni məlumat hazırladıq.
Raquf Orucovu Orduda bu qədər sevdirən səbəblərdən biri də onun səmimi və əsgərin yanında olmağı bacaran komandir olmasıdır.
Oxu24.com bu dəfə R.Orucovun əsgərlərinin xatirələrini toplayıb.Onları təqdim edirik:
Əli Zeynalov:
"Tabor komandirim olub. Hərbi biletimi öz əli ilə təqdim edib mənə. Yaxşı sözlə "yağlayıb" verdi. Bu insana ancaq şəhidlik kimi bir ölüm yaraşardı,başqa cürəsi yox... Allah rəhmət eləsin!"
Zahid Şahbazov:
"Bizim hərbi hissə komandirimiz olub.Çox gözəl insan idi. Qurban bayramında şəxsən bizim posta gəlib,bayramımızı təbrik etmişdi..."
Həsən Əliyev:
"Hərbi hissə komandirim olub.Bir onu deyə bilərəm ki, həm insan kimi,həm də bir zabit kimi bu kişidən bir daha dünyaya gəlməz.Allah şəhidlərimizə rəhmət eləsin..."
Gülalı Ələsgərov:
"Allah rəhmət eləsin, əziz Komandirim! 2012 -ci il Oktyabrin 10- u özü şəxsən mənə hərbi bileti verib yolsa salmışdı hərbi hissədən..."
Şako Heydərov:
Həmçinin oxuyun
"Hərbi hissə komandirim olub Ağdamda. Fəxr ediləsi komandir olub.Çox uzaq görən, vətənpərvər biri idi. Məkanın cənnət olsun igid Qəhrəmanımız!"
Tural Əliyev:
"Hərbi hissə komandirimiz olub. Haqqında xoş xatirələr və hadisələr çoxdur. Zabit kimi bir yana, insan kimi də çox mehriban və istiqanlı insan idi. Postlara gələndə əsgərlərlə şəxsən bir qardaş kimi söhbət edir, yemək yeyir və məsləhətlərini bölüşürdü. Allah rəhmət eləsin".
Roma:
"Mənim kəşfiyyat rəisim olub. Çox mərd, fiziki hazırlıqlı, bilikli və cəsur kəçfiyyatçı di. Allah rəhmət eləsin".
Eynar Hacızadəh
"Bizim komandir olub. Ancaq müsbət xatirələr qalıb. Allah rəhmət etsin".
Ələkbər Nağıyev:
"2007-2008 161ci H/H o vaxt mayor rütbəsində tabor komandirim olub. Çox gözəl insan, qayğıkeş zabit olub, əla kəşfiyyatçı vətənini sevən kişi olub Raquf Orucov. Məkanın cənnət olsun".
Quliyev Rəfael:
Allah sizə rəhmət eləsin cənab polkovnik -leytenant! Gözəl insan ,qayğıkeş hərbiçi idi. 2011- 2012- ci illərdə hərbi hissə komandirim olub, əsgərlərinə qayğı göstərən insan idi..."
Raquf Orucov nələr edib, kim olub.
-Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir.
- Raquf Orucov briqada komandiri ola-ola bütün nizamnaməyə arxa çevirib ermənilərin içərisinə tək, bəli tək kəşfiyyata gedib qayıdan biridir.
- Raquf Orucov əsgərlərindən, döyüş yoldaşlarından ona yazılmış yüzlərlə məktubu qəbrinin üzərinə qoyulduğu yeganə komandirdir.
“Raquf Orucov Fərrux dağı uğrunda döyüşmüş, ayağından qəlpə yarası almışdı. Narahat olmasın deyə yaralandığını anasından gizlətmişdi. Şəhid olanacan o qəlpəni ayağında gəzdirdi. Havalar soyuyanda gizildəyirdi.
Bir dəfə əsgəri soruşub:
- Komandir, niyə əməliyyat etdirmirsiniz?
Cavab:
- Müharibə bitməyib hələ. Ola bilər, yenə yaralanım, qələbədən sonra hamısını birdəfəlik edəcəm.
Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.
Hazırladı: Miri Məcidli
Qeyd: Yazı hazırlanarkən dosent Zaur Aliyevin xatirələrindən də istifadə olunub.
12:22 / 02 May 2025
Bu günə olan valyutaların məzənnəsi
3
12:14 / 02 May 2025
19 yaşlı qızın hamamda meyiti tapıldı
8
11:56 / 02 May 2025
Sürücü və sərnişin avtomobildən çölə düşdü -Qubada qəza - VİDEO
69
11:45 / 02 May 2025
Bu qidalar sizi daha ağıllı edəcək
26
11:31 / 02 May 2025
"ChatGPT" necə işləyir? - Süni intellektin insan kimi danışmasının sirri
69
11:16 / 02 May 2025
Hər kəs bu sürücüdən danışır - VİDEO
67
10:55 / 02 May 2025
İslamda ən savab əməl nə sayılır?
32
10:47 / 02 May 2025
7-ci sinif şagirdi vəfat etdi - Foto
323
10:40 / 02 May 2025
25-44 yaş aralığında olanlar üçün təhlükə
32
10:25 / 02 May 2025
“TEKNOFEST”də reklam lövhəsi insanların üzərinə aşdı - Video
31
10:10 / 02 May 2025
Tramp onlara xəbərdarlıq etdi
32
10:00 / 02 May 2025
ABŞ Ukraynaya yeni səfir təyin etdi
30
09:45 / 02 May 2025
72 yaşlı süpürgəçi qadını maşın vurub öldürdü
50
09:45 / 02 May 2025
Bu şəxslərin həbs cəzası hesablanmayacaq
38
09:30 / 02 May 2025
"ABŞ tənəzzül riski ilə üz-üzədir"
40
09:15 / 02 May 2025
Lerikə qar yağdı - FOTO
44
09:00 / 02 May 2025
Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı
36
08:25 / 02 May 2025
Novxanı bağlar massivində silah-sursat aşkarlanıb
52
00:54 / 02 May 2025
"Skype" bu tarixdə bağlanacaq
229
23:36 / 01 May 2025
Zelenski minerallara dair sazişin detallarını açıqladı
100
23:00 / 01 May 2025
Dəsmallardakı bu izlər nə ücündür
137
22:21 / 01 May 2025
Bu meyvə zehni yaxşı edir
142
22:01 / 01 May 2025
Azər Qasımovun xanımı da işdən çıxdı
157
21:46 / 01 May 2025
Poçt direktoru nazir müavini təyin olundu - Foto
207
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.