“TikTok”da video çəkmək istədi - “Tok” vurdu
22 Avqust 2026, 22:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
904
04.04.2025, 13:55
Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri - yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir.
Aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq Rayon İcra Hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilib və ölçü işləri aparılıb.
Məlumata əsasən, köçürmə işləri Azərbaycanın Mülki Məcəlləsinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununa Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçirəcək, müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.
Bakının yeni Baş Planına uyğun olaraq köçürmə ərazilərində müasir park, istirahət məkanları, yeni metro xətləri və stansiyaları inşa olunacaq. Həmin ərazilərdə yerləşən tarixi binalarda söküntü işləri aparılmayacaq, müasir standartlara cavab verəcək abadlıq işləri həyata keçiriləcək.
Bu işlərə yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də cəlb edililəcək.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində paytaxtın şəhərsalma landşaftının müasir səviyyədə qurulması, şəhər sakinləri və qonaqlar üçün rahat, təhlükəsiz, ekoloji cəhətdən təmiz, mobil, turizm mərkəzli bir şəhərə çevrilməsi daim diqqət mərkəzində olmuş və bu gündə ön planda dayanır.
Ötən illər ərzində sovet dövründə inşa edilmiş və istismar müddəti başa çatmış, ekspotensialı tükənmiş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililər sökülərək yerində milli memarlığımızın zəngin ənənələrinə və müasir şəhərsalma üslubuna uyğun yeni binalar, xidmət və sosial obyektləri inşa edilir, gözəl parklar və xiyabanlar, istirahət mərkəzləri salınır.
Hazırda beynəlxalq nəqliyyat-logistika marşrutlarının mərkəzlərindən birinə çevrilən ölkəmizin dəniz limanı, avtomobil, hava və dəmir yolu şəbəkələrinin paytaxtla ayrılmaz vahid qovşaqda birləşməsi Bakının iqtisadi-tranzit və geo-siyasi əhəmiyyətini daha da yüksəldir.
22:37 / 22 Avqust 2026
54
21:49 / 22 Avqust 2026
102
21:35 / 22 Avqust 2026
72
20:40 / 22 Avqust 2026
84
20:15 / 22 Avqust 2026
126
20:14 / 22 Avqust 2026
84
19:59 / 22 Avqust 2026
69
19:48 / 22 Avqust 2026
92
19:33 / 22 Avqust 2026
93
18:55 / 22 Avqust 2026
162
18:26 / 22 Avqust 2026
92
18:21 / 22 Avqust 2026
106
13:55 / 22 Avqust 2026
116
13:36 / 22 Avqust 2026
698
13:34 / 22 Avqust 2026
114
13:31 / 22 Avqust 2026
116
12:55 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
104
12:35 / 22 Avqust 2026
96
12:34 / 22 Avqust 2026
133
12:15 / 22 Avqust 2026
97
11:59 / 22 Avqust 2026
114
11:40 / 22 Avqust 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.