“TikTok”da video çəkmək istədi - “Tok” vurdu
22 Avqust 2026, 22:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
693
04.04.2025, 10:11
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Mədəniyyət Mərkəzində Aprel döyüşlərinin 9-cu il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Mədəniyyət və Abşeron-Xızı Regional Təhsil İdarələrinin nümayəndələri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, rayon ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivləri iştirak ediblər.
Oxu24.com xəbər verir ki, Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış bütün igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısının müavini Gülnar Rəhimova çıxış edərək bildirib ki, böyük zəfərin başlanğıcını qoyan 2016-cı il aprel döyüşlərində düşmənin hərbi təxribatlarının qarşısını alan zaman rəşadətli ordumuz və qəhrəman oğullarımız döyüş ruhunu, şücaətini nəinki düşmənə, eyni zamanda bütün dünyaya nümasyiş etdirib.
Qeyd olunub ki, cəmi 4 gün davam edən Böyük Zəfərin müjdəçisi olan Aprel döyüşlərində igid və cəsur Azərbaycan oğulları misli görünməmiş qəhrəmanlıq nümayiş etdirmiş, düşmənin əks hücum əməliyyatları ordumuzun qələbəsi ilə başa çatmışdır. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Gülnar Rəhimova, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında imzaladığı sərəncamda zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda, 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynadığını vurğuladı.
Sonra Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndəsi, aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova və Vətən Müharibəsi əlili Xəqani Muradov çıxış edərək 2016-ci il aprelin 1-dən 5-nə kimi gedən döyüşlərdə igid oğullarımızın göstərdiyi şücaətdən, torpaqlarımızın işğaldan azad olunmasından, Vətən Müharibəsində əldə etdiyimiz qələbədən və xatirələrindən danışıblar. Daha sonra ö lkəmizdə şəhid ailələrinə və qazilərə, ümumilikdə müharibə iştirakçılarına dövlət səviyyəsində çox böyük diqqət və qayğı göstərildiyini, hazırda onlar həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hiss etdiklərini vurğulayaraq təşəkkürlərini bildiriblər.
Tədbir Aprel şəhidlərinə həsr olunan “Mən səninləyəm, ana vətən” adlı bədii-sənədli filmin nümayişi ilə sona çatıb.
22:37 / 22 Avqust 2026
54
21:49 / 22 Avqust 2026
102
21:35 / 22 Avqust 2026
72
20:40 / 22 Avqust 2026
84
20:15 / 22 Avqust 2026
126
20:14 / 22 Avqust 2026
84
19:59 / 22 Avqust 2026
69
19:48 / 22 Avqust 2026
92
19:33 / 22 Avqust 2026
93
18:55 / 22 Avqust 2026
162
18:26 / 22 Avqust 2026
92
18:21 / 22 Avqust 2026
106
13:55 / 22 Avqust 2026
116
13:36 / 22 Avqust 2026
698
13:34 / 22 Avqust 2026
114
13:31 / 22 Avqust 2026
116
12:55 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
104
12:35 / 22 Avqust 2026
96
12:34 / 22 Avqust 2026
133
12:15 / 22 Avqust 2026
97
11:59 / 22 Avqust 2026
114
11:40 / 22 Avqust 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.