Qaynar xətt:

(+99450) 247 90 86

Moskvadan Lənkərana uçuşlar olacaq

news/2025_04_02/screenshot_909_1_1743618882.png

CƏMİYYƏT

357

02.04.2025, 22:25

“Utair” aviaşirkəti aprelin 5-dən etibarən Moskvadan Lənkərana və əks istiqamətdə uçuşlar açacaq.

Oxu24.com“Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu barədə “Utair”in rəsmi saytında məlumat verilib.

“Biz Xəzər dənizinə - Lənkərana reyslər açırıq! Aprelin 5-dən biz həftədə bir dəfə - şənbə günləri Moskvadan Lənkərana reyslər yerinə yetirməyə başlayacağıq”, - məlumatda deyilir.

Qeyd olunduğu kimi, Moskvadan uçuş saat 15:45-də, Lənkərandan isə saat 21:25-də olacaq. Səyahət vaxtı üç saat 40 dəqiqə çəkəcək.