Meteohəssas insanlar üçün BUGÜNÜN HAVASI
23 Avqust 2026, 02:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
507
31.03.2025, 20:24
Tez-tez qonşuluqda, evimizə yaxın ərazidə aparılan tikinti-təmir işləri böyük səs-küy narahatlığa və əsəb gərginliyinə səbəb olur. Əslində, bu məsələ kifayət qədər qlobaldır. Dünyanın bir çox ölkələrində də təmir işlərindən narazı olan, mübahisələr yaşayan sakinlər var. Ona görə də həmin ölkələr yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün müxtəlif qanunlar müəyyənləşdiriblər.
Bəs bizdə bu problem necə həll edilir?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, vətəndaşların bu məsələdə hüquqları olduğu kimi vəzifələri də var:
"Hər bir vətəndaş öz mülkiyyətində təmir aparmaq, dəyişikliklər etmək hüququna malikdir. Lakin bunu edərkən, qonşu, yaxın və ətraf mühitin təhlükəsizliyi, asayişin qorunması birbaşa vətəndaşın vəzifəsidir. Yəni hüquqlarla bərabər, vəzifələr də mövcuddur. Bu baxımdan, əgər hər hansı bir təmir işini şirkətlər aparırsa, o zaman Fövqəladə Hallar Nazirliyinin tikinti təhlükəsizliyinə nəzarət qurumu tikinti və təmir işlərinin təhlükəsizliyinə cavabdehdir. Bu məsələdə bir çox hallarda inzibati məsuliyyət nəzərdə tutulur".
Vüqar Oruc qeyd edib ki, binaların idarəsi ilə məşğul olan qurumların daxili əsasnaməsi əsasında təmir və tikinti işlərinin icrası tənzimlənir:
"Əgər vahid bir bina daxilində təmir işləri aparılırsa, həmin binada münasibətləri və hüququ tənzimlənməyən təşkilatlar var. Məlum olduğu kimi, MTK binanı tiktikdən sonra idarəetmə hüququnu müvafiq MMC-lərə verir. Həmin MMC-lər binanın idarəsini təşkil edir. Yaxud bu iş üçün sakinlərin özləri qurum yaradırlar. Həmin qurumların əsasnaməsində məhz hər bir bina sakininin hüquqlarının qorunması, asayişin təmin olunması, öz mənzilində yaşayış üçün lazım olan bütün şərtlərin ödənilməsi öhdəlikləri mövcuddur. Əgər həmin öhdəliklər pozulursa, müvafiq qaydada ilk növbədə xəbərdarlıq olunur. Daha sonra isə digər hüquqi vasitələrə əl atılır ki, şikayət edən tərəfin hüquqları təmin olunsun. Adətən səhər saatlarında təmir işlərinin aparılması qadağan olunur. Gün boyu isə təmir işlərinin aparılması mümkündür. Bunu təbii ki, binanın komendantı və müvafiq strukturlar təmin edir. Təmirin yalnız icazə verilən saatlarda aparılmasını tövsiyə edirlər".
02:23 / 23 Avqust 2026
34
22:37 / 22 Avqust 2026
83
21:49 / 22 Avqust 2026
140
21:35 / 22 Avqust 2026
95
20:40 / 22 Avqust 2026
103
20:15 / 22 Avqust 2026
131
20:14 / 22 Avqust 2026
104
19:59 / 22 Avqust 2026
74
19:48 / 22 Avqust 2026
118
19:33 / 22 Avqust 2026
111
18:55 / 22 Avqust 2026
180
18:26 / 22 Avqust 2026
96
18:21 / 22 Avqust 2026
117
13:55 / 22 Avqust 2026
119
13:36 / 22 Avqust 2026
746
13:34 / 22 Avqust 2026
117
13:31 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
124
12:55 / 22 Avqust 2026
108
12:35 / 22 Avqust 2026
99
12:34 / 22 Avqust 2026
137
12:15 / 22 Avqust 2026
99
11:59 / 22 Avqust 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.