Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı - Video
24 Avqust 2026, 13:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
541
09.03.2025, 10:00
Ramazan ayında süfrələrin əvəzolunmaz meyvəsi olan xurmaya tələbat artır. Lakin bəzi hallarda şəkər miqdarı aşağı olan xurmalar dadlandırmaq üçün glükoza şərbətinə batırılır ki, bu da sağlamlıq üçün təhlükə yarada bilər.
Oxu24.com xəbər verir ki, diyetoloqlar glükoza şərbətinə batırılan xurmalarda parlaq görünüş və yapışqanlıq müşahidə olunduğunu bildirir.
Xurmanın mat rəngdə olması, yapışqan olmaması və parçalandıqda lif-lif ayrılmasının daha təhlükəsiz olduğunu qeyd edilir. Ekspertlər qablaşdırılmış xurmaların daha etibarlı olduğunu və açıqda satılan məhsulların etibarlı yerlərdən alınmasını tövsiyə edir.
Həkimlər isə glükoza şərbətinin yüksək kalori və karbohidrat tərkibinə malik olduğunu, bunun da ani insulin yüksəlişlərinə səbəb olduğunu vurğulayır.
Bu vəziyyət uzun müddətdə insulin müqavimətinə, piylənməyə və qaraciyər yağlanmasına yol aça bilər. Eyni zamanda, glükoza şərbətinin hipertoniya və ürək-damar xəstəliklərinə təkan və dolaylı olaraq kanserojenik təsir göstərə biləcəyini qeyd edilir.
Tövsiyələr:
Xurma seçimi: Mat rəngli, yapışqan olmayan və lif-lif ayrılan xurmaları seçin.
Qablaşdırma: Qablaşdırılmış məhsullara üstünlük verin və etibarlı yerlərdən alış-veriş edin.
Etiket oxuma: Məhsulun tərkibini diqqətlə oxuyun və glükoza şərbəti kimi əlavə maddələrdən qaçın.
13:23 / 24 Avqust 2026
4
13:23 / 24 Avqust 2026
3
13:21 / 24 Avqust 2026
13
12:58 / 24 Avqust 2026
44
12:44 / 24 Avqust 2026
52
12:38 / 24 Avqust 2026
71
12:37 / 24 Avqust 2026
110
12:35 / 24 Avqust 2026
52
12:26 / 24 Avqust 2026
63
12:15 / 24 Avqust 2026
69
12:01 / 24 Avqust 2026
295
11:55 / 24 Avqust 2026
72
11:38 / 24 Avqust 2026
83
11:24 / 24 Avqust 2026
74
11:12 / 24 Avqust 2026
74
11:09 / 24 Avqust 2026
79
11:05 / 24 Avqust 2026
71
10:59 / 24 Avqust 2026
63
10:56 / 24 Avqust 2026
79
10:52 / 24 Avqust 2026
84
10:47 / 24 Avqust 2026
66
10:40 / 24 Avqust 2026
89
10:33 / 24 Avqust 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.