Bakı Yaxın Şərqdə barışdırıcı missiyada: İsrail-Türkiyə gərginliyində Azərbaycan vasitəçi ola bilərmi? — ŞƏRH
24 Avqust 2026, 14:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
478
08.03.2025, 08:17
Bu gün - martın 8-i Beynəlxalq Qadınlar Günüdür.
Oxu24.com xəbər verir ki, Beynəlxalq İşçi Qadınlar Günü kimi də tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.
8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Komboca, Çin, Konqo, Laos, Makedonya, Monqolustan, Nepal, Şimali Koreya və Uqanda qeyri-iş günü sayılır.
BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.
Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 1857-ci il mart ayının 8-də ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil eməyə qərar verib, lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək, nümayişi dağıdıb.
1908-ci ildə ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi.
İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunub.
1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarka Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edilib.
Ölkəmizdə geniş şəkildə qeyd edildiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü tətbiq edilir.
14:05 / 24 Avqust 2026
3
14:00 / 24 Avqust 2026
29
13:59 / 24 Avqust 2026
29
13:56 / 24 Avqust 2026
31
13:52 / 24 Avqust 2026
30
13:47 / 24 Avqust 2026
38
13:36 / 24 Avqust 2026
59
13:23 / 24 Avqust 2026
342
13:23 / 24 Avqust 2026
57
13:21 / 24 Avqust 2026
61
12:58 / 24 Avqust 2026
62
12:44 / 24 Avqust 2026
67
12:38 / 24 Avqust 2026
96
12:37 / 24 Avqust 2026
166
12:35 / 24 Avqust 2026
66
12:26 / 24 Avqust 2026
97
12:15 / 24 Avqust 2026
84
12:01 / 24 Avqust 2026
414
11:55 / 24 Avqust 2026
82
11:38 / 24 Avqust 2026
91
11:24 / 24 Avqust 2026
80
11:12 / 24 Avqust 2026
79
11:09 / 24 Avqust 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.