Paytaxtda və bir sıra rayonlarda işıq olmayacaq
25 Avqust 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1079
03.03.2025, 15:18
Rafiq Əşrəf oğlu Əsgərov Azərbaycan Tibb Universitetinin ən uzunömürlü və ən stajlı professoru idi : 92 yaş və 72 illik əmək fəaliyyəti. Anatomiya üzrə Azərbaycan elminin qaymaqlarından olan Rafiq Əsgərov 1933-cü ilin mayında Bakıda doğulmuşdu.
Oxu24.com xəbər verir ki, bu gecə ürək-tənəffüs çatmamazlığından vəfat edib. 2 həftəyə əvvələ qədər 72 ildir çalışdığı Azərbaycan Tibb Universitetinə getmişdi.
Rafiq Əsgərov 1951-ci ildə Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. İnstitutda Azərbaycanda insan anatomiyası üzrə görkəmli alim, bu elmin inkişafında mühüm rol oynamış professor Kamil Balakişiyevin təklifi ilə insan anatomiyası üzrə ixtisaslaşıb və elə tələbə ikən insan anatomiyası kafedrasına işə qəbul olunub. Rəhbərliyin diqqətini çəkən Rafiq Əsgərov hələ 5-ci kursda oxuyarkən normal anatomiya kafedrasının baş laborantı vəzifəsinə qəbul edilib. 1959-cu ildə “İnsanın nəfəs borusu və bronxlarının innervasiyası” mövzusunda namizədlik, 1973-cü ildə isə “Azan sinirin ağciyərlərə innervasiya edən hissəsinin nəqledici aparatının morfologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Rafiq müəllim 200-dən artıq elmi əsərin, o cümlədən bir sıra monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir. 1985-1990-cı illərdə ADTİ-nin Operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasına rəhbərlik edib. 1988-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsini icra edib. 1990-cı ildə universitet rəhbərliyinin qərarı ilə Rafiq müəllimə universitetin ən böyük kafedrası olan İnsan anatomiyası kafedrasının müdiri vəzifəsi həvalə edilib.
Onun digər istedadı və cəmiyyətə töhfəsi yazıçılığıdır. Bu vaxta kimi onlarla məqalə, oçerk, esse kitablarının müəllifidir. Həm araşdırmaçılıq, həm psixologiya, həm də yazarlıq istedadını bir araya gətirib Azərbaycan elminin tanınmış simaları barədə oçerklər, xatirələr, hekayələr yazıb. Professor həm də sanki tibb tariximizi qələmə alır. Onun çox zəngin şəxsi arxivi var. 2000-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2007-ci ildə əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2016-cı ildə Rafiq müəllim ATU-nun Böyük Elmi Şurasının qərarı ilə bu ali təhsil ocağının məsləhətçi professoru vəzifəsinə təsdiqlənib.
00:04 / 25 Avqust 2026
74
00:01 / 25 Avqust 2026
46
23:54 / 24 Avqust 2026
64
22:49 / 24 Avqust 2026
72
22:49 / 24 Avqust 2026
75
22:25 / 24 Avqust 2026
181
22:06 / 24 Avqust 2026
71
21:40 / 24 Avqust 2026
70
21:17 / 24 Avqust 2026
95
20:58 / 24 Avqust 2026
103
20:58 / 24 Avqust 2026
102
20:28 / 24 Avqust 2026
75
20:00 / 24 Avqust 2026
79
19:45 / 24 Avqust 2026
94
19:38 / 24 Avqust 2026
95
19:29 / 24 Avqust 2026
87
19:18 / 24 Avqust 2026
180
19:13 / 24 Avqust 2026
83
19:08 / 24 Avqust 2026
938
19:00 / 24 Avqust 2026
73
18:59 / 24 Avqust 2026
401
18:57 / 24 Avqust 2026
91
18:51 / 24 Avqust 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.