Paytaxtda və bir sıra rayonlarda işıq olmayacaq
25 Avqust 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
604
03.03.2025, 14:57
Bakı şəhərində məşhur restoranların iftar menyuları açıqlanıb.
Oxu24.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bir nəfər üçün nəzərdə tutulan iftar menyularının qiymətləri müxtəlifdir.
Belə ki, martın 1-dən sonunadək Ramazan ayı boyunca restoranlar üzrə iftar qiymətləri 24-90 manat arasında dəyişir:
“Günaydın” restoranının hər iki filialında bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır
“Fairmont Baku”nun “Le Bistro” restoranı bir nəfərlik iftar süfrəsini 88 manata təklif edir.
“Hilton”un 24-cü mərtəbəsində yerləşən və flaqman restoranı olan “Sky Grill”də bir nəfər üçün iftar qiyməti 60 manatdır.
“Hilton”un 1-ci mərtəbəsində yerləşən “Cilantro Restoranı” isə bir nəfərə iftar süfrəsini 49 manata açır.
“The Landmark”ın 20-ci mərtəbəsində yerləşən “Caspian Grill & Terrace” restoranında bir nəfərə iftar süfrəsi 40 manata təklif olunur.
Səməd Vurğun küçəsindəki “Şehrazat” restoranında iftar menyusu adam başına 50 manat təyin olunub və burada əlavə olaraq 10 faiz servishaqqı tətbiq edilir.
Ağ şəhərdə yerləşən “Bashkent White City”də iftar qiymətləri iki cür - menyudan asılı olaraq 35-45 manat aralığında dəyişir.
“Dreamland”da iftar açmaq istəyən şəxs 33 manat və üstəgəl 6 faiz servishaqqı ödəməli olacaq.
Üzeyir Hacıbəyov küçəsində yerləşən “Mamounia Baku” restoranında iftar qiyməti 29 manat, əlavə olaraq servishaqqı isə 10 faiz təşkil edir.
“Fəvvarələr meydanı”ndakı “Fisincan” restoranı iftar süfrəsini müxtəlif cür menyular olmaqla 25, 30 və 35 manata təklif edir.
Eyni ərazidə, yerləşən “Caravan Baku”da isə qiymət 25 manat müəyyənləşib və bununla yanaşı 10 faiz servis haqqı nəzərdə tutulub.
Həmçinin burada məşhur “Firuzə” restoranı bir nəfərə iftar süfrəsini 24 manata təqdim edir.
“Salam Baku” restoranında iftar menyusu 26 manata təklif olunur.
Neftçilər metrosu yaxınlığındakı məşhur “Biz-Bizə” restoranında iftar açmaq azı 30 manata başa gələcək.
Badamdar qəsəbəsində dağın üzərində dənizə açılan mənzərəyə malik “Luxury Life Restaurant” müqəddəs ayda iftar süfrəsini cəmi 25 manata təklif edir.
Qeyd edək ki, martın 1-dən Azərbaycanda Ramazan ayı başlayıb. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.
00:04 / 25 Avqust 2026
74
00:01 / 25 Avqust 2026
46
23:54 / 24 Avqust 2026
64
22:49 / 24 Avqust 2026
72
22:49 / 24 Avqust 2026
75
22:25 / 24 Avqust 2026
181
22:06 / 24 Avqust 2026
71
21:40 / 24 Avqust 2026
70
21:17 / 24 Avqust 2026
95
20:58 / 24 Avqust 2026
103
20:58 / 24 Avqust 2026
102
20:28 / 24 Avqust 2026
75
20:00 / 24 Avqust 2026
79
19:45 / 24 Avqust 2026
94
19:38 / 24 Avqust 2026
95
19:29 / 24 Avqust 2026
87
19:18 / 24 Avqust 2026
180
19:13 / 24 Avqust 2026
83
19:08 / 24 Avqust 2026
938
19:00 / 24 Avqust 2026
73
18:59 / 24 Avqust 2026
401
18:57 / 24 Avqust 2026
91
18:51 / 24 Avqust 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.