Qaynar xətt:

(+99450) 247 90 86

  Elektrik kabellərində PARTLAYIŞ - VİDEO

CƏMİYYƏT

242

02.03.2025, 23:00

Bu gün İçərişəhər ərazisində yerləşən bir neçə restoran şəbəkəsinə enerji verən elektrik kabellərində kiçik partlayışlar baş verib.

Oxu24.com  xəbər verir ki, hadisə nəticəsində yaxınlıqda olan vətəndaşlar ərazidən uzaqlaşıb.

Şahidlərin sözlərinə görə, partlayışlar qısa fasilələrlə baş verib və qısa müddətlik tüstülənmə müşahidə edilib.

Hazırda hadisənin səbəbləri araşdırılır. İlkin ehtimallara görə, elektrik naqillərindəki nasazlıq və ya həddindən artıq yüklənmə partlayışlara səbəb ola bilər.