Paytaxtda və bir sıra rayonlarda işıq olmayacaq
25 Avqust 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
488
27.02.2025, 18:32
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 28 fevral tarixindən Gəncədən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.
Bu barədə Oxu24.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.
Reyslər Gəncə Beynəlxalq Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Gəncəyə isə 14:45-də həyata keçiriləcək.
Gəncə – Şuşa – Gəncə reysi üzrə bir istiqamət üçün biletin qiyməti 6,20 manat təşkil edir. Bu reys üzrə Tərtər, Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələr olaraq müəyyən edilib. Gəncə – Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 5,20 manat, Gəncə – Xankəndi 5,70 manat, Tərtər – Xocalı 2,40 manat, Tərtər – Xankəndi 2,80 manat və Tərtər – Şuşa aralıq məntəqəsi üçün biletin qiyməti 3,30 manatdır.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.
Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir
00:04 / 25 Avqust 2026
111
00:01 / 25 Avqust 2026
67
23:54 / 24 Avqust 2026
76
22:49 / 24 Avqust 2026
105
22:49 / 24 Avqust 2026
107
22:25 / 24 Avqust 2026
212
22:06 / 24 Avqust 2026
81
21:40 / 24 Avqust 2026
79
21:17 / 24 Avqust 2026
124
20:58 / 24 Avqust 2026
133
20:58 / 24 Avqust 2026
112
20:28 / 24 Avqust 2026
83
20:00 / 24 Avqust 2026
85
19:45 / 24 Avqust 2026
99
19:38 / 24 Avqust 2026
100
19:29 / 24 Avqust 2026
93
19:18 / 24 Avqust 2026
213
19:13 / 24 Avqust 2026
87
19:08 / 24 Avqust 2026
1011
19:00 / 24 Avqust 2026
79
18:59 / 24 Avqust 2026
428
18:57 / 24 Avqust 2026
99
18:51 / 24 Avqust 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.