Sabah hava necə olacaq?
19 Aprel 2025, 13:04
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
842
04.02.2025, 21:50
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı ilə bağlı məlumat açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan və Qazaxıstanın tərəfdar olduğu 1944-cü il Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisənin baş verdiyi dövlət kimi Qazaxıstan araşdırmaya başlayıb. Bu araşdırmanın məqsədi uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi olub, təqsirli şəxslərin müəyyən edilməsi ilə bağlı deyildir. Araşdırmanın nəticələri beynəlxalq aviasiya normalarına uyğun olaraq qəzanın obyektiv səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün BMAT və maraqlı tərəflərə tövsiyələr verməkdir. Azərbaycan Respublikası hava gəmisinin istismarçısı, habelə mülkiyyətçisi olan ölkə statusu ilə araşdırmada iştirak edib.
Azərbaycan nümayəndələri araşdırmanın bütün mərhələlərində, o cümlədən hadisə yerinə baxışın həyata keçirilməsi və faktların qeydiyyatı məqsədilə foto və video görüntülərin təmin edilməsi, hava gəmisinin qara qutularında (CVFDR avadanlıqlarında) olan məlumatların Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) oxunması prosesində iştirak etmişlər, əlavə məlumat və sübutların toplanmasını da həyata keçirmişlər. Məlumat üçün bildiririk ki, CVR (Cockpit Voice Recorder-kabina diktofonu) radio ötürmələrini və kabinadakı səsləri, məsələn, pilotların səslərini və kənar səsləri yazır, FDR (Flight Data Recorder-uçuş məlumatları qeydiyyatçısı) isə vaxt, hündürlük, uçuş sürəti, kurs və təyyarənin mövqeyi kimi uçuş əməliyyatları ilə bağlı vacib parametrləri izləməlidir. Embraer 190-100 IGW təyyarəsində hər iki funksiyanı birləşdirən iki CVFDR cihazı mövcud olub.
BMAT tələblərinə əsasən, qəzanı araşdıran dövlət 30 gün ərzində ilkin faktiki məlumatları əks etdirən hesabatı BMAT və maraqlı tərəflərə təqdim etməlidir. Qazaxıstanda yaradılmış araşdırma komissiyası bu hesabatın hazırlanmasına Azərbaycan nümayəndələrini də cəlb edib.
İlkin hesabat aşağıdakı faktları təsdiq edir:
1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb.
2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb. Bu məlumat FDR vasitəsilə təsdiq olunub.
3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib.
4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.
Həmçinin oxuyun
5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.
6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.
7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.
8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılıb.
9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qroznıya məlumat verir.
10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb.
Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib.
BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılıb.
00:15 / 20 Aprel 2025
Azərbaycanda toyda 2 yaşlı uşaq oğurlanıb
569
23:45 / 19 Aprel 2025
TƏCİLİ!İsfəndiyarın oğlu həbs edildi
1155
21:28 / 19 Aprel 2025
Bakıda sevgililər tutuldular: Görün nə ediblərmiş - VİDEO
1118
13:47 / 19 Aprel 2025
18 nəfər saxlanılıb
158
13:18 / 19 Aprel 2025
Qənirə Ataşovadan sensassion paylaşım: Eldar Mahmudovun əlaltısı olmuş Vüsal...
1768
13:04 / 19 Aprel 2025
Sabah hava necə olacaq?
200
12:51 / 19 Aprel 2025
İmişli rayon Ağsaqqallar Şurası Rus icmasının üzvələrinin iştirakı ilə "Pasxa" bayramı münasibətilə tədbir keçirib
173
12:32 / 19 Aprel 2025
Prezidentlər hansı maşından sürür? — Ən bahalısı bu ölkə liderindədir (VİDEO)
1715
11:37 / 19 Aprel 2025
Prezident təsdiqlədi: Bu qərar 2033-cü ilədək qüvvədə olacaq
1440
11:20 / 19 Aprel 2025
80 min manat verib işə düzəlmək istədi - Pulundan oldu
198
11:03 / 19 Aprel 2025
Atı xilas etsə də,özü həlak oldu — Xaçmazda faciə
1250
11:00 / 19 Aprel 2025
Kartdakı pullarınızı dələduzlardan qorumağın yolları bunlardır — Mütəxəssidən vətəndaşlara vacib məlumat
4272
10:50 / 19 Aprel 2025
Bakıda toyda dəhşət yaşandı: 32 nəfər xəstəxanalıq oldu
974
10:44 / 19 Aprel 2025
Paşinyan Azərbaycanla sərhədə görün hansı geyimdə gəldi - FOTO
197
10:43 / 19 Aprel 2025
Kartlardan 21 min manatdan çox pul oğurlanıb
164
10:29 / 19 Aprel 2025
2 yaşlı uşaq öldü
170
10:06 / 19 Aprel 2025
Marketlərdən yığışdırılır - Təhlükəli bakteriya aşkarlanıb
218
10:00 / 19 Aprel 2025
Son yağıntılar təhlükəli hadisələrin xəbərçisidir
176
09:46 / 19 Aprel 2025
Mövqelərimiz atəşə tutuldu
173
21:24 / 18 Aprel 2025
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
677
20:34 / 18 Aprel 2025
İran ABŞ-la nüvə sazişi üzrə danışıqlar barədə Rusiyanı məlumatlandırıb
257
20:18 / 18 Aprel 2025
Dünyanın ən hündür körpüsü Çində tikiləcək
259
19:55 / 18 Aprel 2025
Özbəkistan İlon Maska danışır
252
19:40 / 18 Aprel 2025
Kadırov Stavropol diyarında namazın qadağan edilməsi fikrindən qəzəblənib
290
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.