Sabah hava necə olacaq?
07 May 2025, 12:40
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
1141
25.01.2025, 14:45
Son günlər əhali arasında geniş yayılan yeni növ qrip virusu narahatlığa səbəb olub. Mütəxəssislər təşvişə düşməyə ciddi əsas olmadığını bildirirlər. Bununla yanaşı, hər hansı narahatlığı olan şəxslərə virusdan qorunmaq üçün evdə qalmaları, işə getməmələri tövsiyə edilir. Amma müşahidələr göstərir ki, hazırda çalışan vətəndaşların bülletenə çıxması ilə bağlı problemlər var. Xəstələrdən poliklinikaya gəlmələri tələb olunur. Bəzən poliklinikaya müayinəyə gedənlərə “ciddi bir ağırlaşma yoxdur, bülleten aça bilmərik” cavabı verilir.
Bəs görəsən, xəstəyə bülleten açılması üçün təsdiqlənmiş prosedur necədir? Hansı hallarda bülleten açılmasından imtina edilə bilər?
Maksimum altı gün
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Kaspi”nin sorğusuna cavab olaraq bildirilib ki, xəstəlik vərəqəsinin verilməsi qaydaları Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli "Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi" haqqında təlimatı ilə tənzimlənir: “Sığortaolunanın tibb müəssisəsinə xəstəlik və ya xəsarət nəticəsində müraciəti əsasında əmək qabiliyyətini müvəqqəti itirdikdə xəstəlik vərəqəsi həmin gündən tibb müəssisəsinin həkimi tərəfindən hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya xəsarət üzrə 6 gündən artıq olmayaraq tərtib edə bilər. Məlumat üçün bildirək ki, vətəndaşın səhhətində ağırlaşma baş verərsə və nəticədə o, tibb müəssisəsinə müraciət etməzsə, bu zaman tibb müəssisəsinə çağırış verilməli və evdə həkim baxışı həyata keçirilməlidir. Bu zaman xəstəlik vərəqəsi 3 gün müddətinə açılır. Növbəti mərhələdə vətəndaşın səhhəti onun tibb müəssisəsinə müraciət etməsinə mane olarsa, bu zaman yenidən çağırış verilməli və xəstəlik vərəqəsi növbəti 3 gün müddətinə uzadılmalıdır”.
Qurumun məlumatında o da vurğulanıb ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin altı gündən çox artırılması Həkim Məsləhət Komissiyasının rəyi əsasında uzadılır. altı gündən sonra vətəndaşın ümumi vəziyyəti kafi olmazsa, Həkim Məsləhət Komissiyasına göndərilir. Bu zaman xəstəlik vərəqəsi laborator, eləcə də instrumental analizlərin nəticəsi əsasında uzadıla bilər. Lakin vətəndaş mütləq altıncı gün tibb müəssisəsinə gəlməli və müvafiq analizlər verməli, tələb olunan halda instrumental müayinələrə cəlb edilməlidir.
Hansı halda imtina edilə bilər?
Həkim-terapevt Rasif Bağırov deyib ki, xəstəyə bülleten açılması barədə qərar həkim tərəfindən verilməlidir: “Bununla bağlı ilkin olaraq xəstə tibb müəssisəsinə müraciət etməlidir. Bu zaman həkim xəstəni müayinə edir və xəstəlik diaqnozu qoyur. Əgər xəstəlik iş qabiliyyətinə təsir edirsə, həkim bülleten açılmasını əsaslandırır. Xəstəlik vərəqəsi yalnız akkreditə olunmuş tibb müəssisələri tərəfindən verilir. Bülleten xəstənin adını, soyadını, atasının adını, xəstəliyin başlama tarixini və müddətini, diaqnozunu və həkimin adını ehtiva edir. Xəstəliyin davam etməsi halında bülletenin müddəti uzadılır. Tam sağalma halında isə həkim bülletendə “bağlandı” qeydi aparır və iş qabiliyyətinin bərpa olunduğunu göstərir. Xəstəlik vərəqəsi işəgötürənə təqdim edilir”.
Həmçinin oxuyun
Onun sözlərinə görə, xəstəliyin ağırlığından asılı olaraq, xəstəyə müalicə müddəti təyin olunur və bülleten açılır: ”Tutaq ki, xəstənin temperaturu və öskürəyi varsa, amma ağ ciyərlərində hansısa dəyişiklik baş verməyibsə, ona bir həftəlik bülleten açılır və ev şəraitində müalicə kursu yazılır. Amma xəstənin temperaturu yoxdursa, ağ ciyərlərində dəyişiklik baş verməyibsə, sadəcə halsızlıq və bədən ağrıları varsa, o, dərmanlarını qəbul edərək işinə davam edə bilər. Bu halda bülleten açılmasından imtina edilir. Yaxud, xəstənin yüksək təzyiqi varsa, ona ilkin olaraq üç günlük bülleten açılmalı və müalicəsi aparılmalıdır”.
İnsanların müalicə almaq hüququ kobud şəkildə pozulur
Həkim bildirib ki, bəzən idarə və müəssisələr bülleten açdırmaq istəyən xəstə əməkdaşlarını işdən qovmaqla hədələyirlər: “Demək olar ki, bu tendensiya geniş yayılıb. Əksər idarə və müəssisələrdə xəstə əməkdaşları işə gəlməyə məcbur edirlər. Hətta bəzən qanunsuz şəkildə işçiləri işdən qovmaqla hədələyirlər. Halbuki hər bir xəstə insanın müalicə almaq hüququ var. İnsanların bu hüququ kobud şəkildə pozulur”.
Mütəxəssis vurğulayıb ki, işəgötürənlərin bülleten açdırmaq istəyən xəstə əməkdaşlarına hədə-qorxu gəlməsi səbəbsiz deyil: "Məsələn, elə müəssisələr var ki, 2-3 adamın işi bir nəfərə tapşırılır. Həmin şəxs də işə getməyəndə iş prosesi pozulur. Ona görə də işəgötürənlər müxtəlif yollarla işçilərini xəstə-xəstə işə çıxmağa məcbur edirlər”.
Həkim çağırışa gəlmirsə…
R.Bağırovun sözlərinə görə, bəzən həkimlər də bülleten açmaqdan imtina edirlər: “Adətən, vətəndaş xəstə halda poliklinikaya həkim müayinəsinə gedir. Həkim də fikirləşir ki, əgər xəstə həkim müayinəsinə gələ bilibsə, deməli, bunun vəziyyəti normaldır. Bu halda bülleten açmaqdan imtina edir. Ona görə də xəstələr çox vaxt evə çağırış edirlər. Çünki xəstə insanın xəstəxanaya həkim müayinəsinə getməsi yoluxmanın artması deməkdir. Əgər həkim çağırışa gəlmirsə və israrla xəstəni poliklinikaya dəvət edirsə, bu halda bütün məsuliyyət həkimin üzərinə düşür. Çağırış varsa, mütləq yerinə yetirilməlidir. Həkim gəlməsə, baş həkimə müraciət edilməlidir. Çağırışı yerinə yetirməyən həkim mütləq cəza almalıdır”.
“Xəstələnən şəxslər qeydiyyata alınmalıdır”
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə ölkədə mövcud epidemioloji vəziyyətin qarışıq olduğunu bildirərək qeyd edib ki, bu istiqamətdə əhali ciddi maarifləndirilməlidir: “Bir tərəfdən "Omicron" ştamının mutasiya variantları, digər tərəfdən yeni viruslar, eləcə də qrip virusunun özü xeyli qarışıq mənzərə yaradıb. Hazırda əhali arasında geniş yayılma imkanları var və biz xeyli insandan şikayətlər alırıq”.
Ekspert vurğulayıb ki, müalicə yalnız həkim təyinatı əsasında aparılmalıdır. Xəstələr yataq rejimində olmalıdırlar: “Təəssüf ki, bəzən insanlar yataq rejimini gözləmirlər, işə çıxır, kollektivi yoluxdururlar. Əslində, poliklinikalarla vətəndaşlar arasında interaktiv əlaqə qurulmalıdır. Prosesə sahə həkimləri, pediatrlar cəlb olunmalıdır. Xəstələnən şəxslər qeydiyyata alınmalıdır. Yəni, bu sahədə düzgün sistem yaradılmadıqca, problemlər də ortaya çıxacaq. Bu gün vətəndaş bülleten ala bilmir, xəstə-xəstə işə gedib daha çox insanı yoluxdurur və problem daha ciddi şəkil alır. Hesab edirəm ki, bu məsələnin sistemə salınması həm profilaktika, həm də müalicə istiqamətində bir addım olacaq”.
13:45 / 07 May 2025
Azyaşlıya əxlaqsız hərəkətlər etmiş Hacı Salmana - Hökm oxundu
1
12:40 / 07 May 2025
Sabah hava necə olacaq?
28
12:11 / 07 May 2025
Bakıda HİV viruslu xəstələr niyə əməliyyat olunmur? — Tanınmış həkimlərin “yox” cavabının məsuliyyəti (ARAŞDIRMA)
376
12:03 / 07 May 2025
Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? - Video
52
11:53 / 07 May 2025
Azərbaycan Pakistana qarşı hərbi hücumları pisləyib
40
11:42 / 07 May 2025
TƏCİLİ XƏBƏR! AZAL açıqlama yaydı
358
11:26 / 07 May 2025
Sevgilisinin saçını qırxan kişi - Həbs edildi
49
11:24 / 07 May 2025
AMB-də müşavir idi - Vitse-prezident təyin olundu
389
11:10 / 07 May 2025
Kişilərdə də süd vəzi xərçəngi olurmuş — Cərrah mammoloq xəstəliyin əlamətlərini açıqladı (MÜSAHİBƏ)
5973
11:02 / 07 May 2025
Baş nazir Əli Əsədov yeni qərar imzalayıb
285
10:52 / 07 May 2025
Mina sahəsindən məhsul tarlasına: Aqrar dirçəlişin hekayəsi – Millət vəkili Tahir Rzayevlə müsahibə
6329
10:46 / 07 May 2025
Canana keçmiş qayınanasının konsertinə gəldi:"140 manata bilet almışam" — FOTO
732
10:33 / 07 May 2025
Ceyhun Bayramov İraq Respublikasına səfər edib
42
10:25 / 07 May 2025
Pensiya alanlara şad xəbər
82
10:18 / 07 May 2025
Hindistan Pakistanı vurdu: Şok sayda itki var
444
10:13 / 07 May 2025
Pəncabda fövqəladə vəziyyət elan edildi
49
09:50 / 07 May 2025
Yeni ixtisaslar hansı universitetlərdə tədris ediləcək?
47
09:39 / 07 May 2025
Bakının bu hissəsində işıq olmayacaq
50
09:27 / 07 May 2025
Bu yol ikinci dəfə çökdü - VİDEO
41
09:15 / 07 May 2025
Ərdoğan Fülya Öztürkü təltif etdi
43
09:13 / 07 May 2025
Əzələ üçün istifadə edirlər, amma orqanları sıradan çıxarır - Ciddi xəbərdarlıq
43
09:00 / 07 May 2025
Rusiyada bu azərbaycanlıya 14 il həbs cəzası verildi
54
08:36 / 07 May 2025
Bu rayonda qaz olmayacaq
51
08:27 / 07 May 2025
Hindistan Pakistana raket hücumu edib-VİDEO
52
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.