Böyük Qayıdışa dair I Dövlət Proqramının ilin yekunu üçün icra vəziyyəti təhlil olunub
20 Noyabr 2026, 14:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
665
22.01.2025, 11:48
Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları dəyişir.
Oxu24.com xəbər verir ki, bu, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.
Layihəyə əsasən, təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq. Başqa sözlə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.
Birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əmək haqqı aylar və illər üzrə dəyişir. Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.
Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və bununla da vətəndaş məmnunluğunun artırılması məqsədilə qanunda müvafiq dəyişiklik edilməsi ilə bağlı sözügedən layihə hazırlanıb.
14:10 / 20 Noyabr 2026
5
14:06 / 20 Noyabr 2026
21
14:05 / 20 Noyabr 2026
50
14:00 / 20 Noyabr 2026
43
13:59 / 20 Noyabr 2026
44
13:54 / 20 Noyabr 2026
47
13:41 / 20 Noyabr 2026
181
13:35 / 20 Noyabr 2026
70
13:27 / 20 Noyabr 2026
73
13:25 / 20 Noyabr 2026
81
13:17 / 20 Noyabr 2026
77
13:13 / 20 Noyabr 2026
76
13:08 / 20 Noyabr 2026
311
13:06 / 20 Noyabr 2026
84
13:01 / 20 Noyabr 2026
85
13:00 / 20 Noyabr 2026
100
12:52 / 20 Noyabr 2026
95
12:50 / 20 Noyabr 2026
87
12:48 / 20 Noyabr 2026
95
12:47 / 20 Noyabr 2026
173
12:37 / 20 Noyabr 2026
92
12:30 / 20 Noyabr 2026
90
12:23 / 20 Noyabr 2026
264
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.