Məleykə Abbaszadə DİM-dən gedir - Yerinə bu şəxs gələcək - FOTO
28 Avqust 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
767
19.12.2024, 12:20
Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı iki general məhkəməyə çağırılır.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bunlar müdafiə nazirinin sabiq müavini-Əlahiddə Ümumqoşun ordunun eks-komandanı general-polkovnik Kərəm Mustafayev və onun müavini işləmiş general-mayor Rəhim Cəfərovdur.
Generalların Ceyhunun komandiri olmuş polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin işi üzrə ifadə vermələri istənilir. Bu barədə vəsatəti sözügedən şəxslərin vəkilləri qaldırıblar.

Fotoda: Rəhim Cəfərov
Müdafiə tərəfi hesab edir ki, K.Mustafayev və müavini də şahid kimi hakim qarşısına çıxmalıdır. Vəsatətdən məlum olub ki, general-polkovnik Kərəm Mustafayev bu cinayətə görə Respublika Hərbi Prokurorluğunda iki gün dindirilib.
Bu yerdə qeyd edək ki, həmin vaxtlarda bu barədə saytımızda məlumat vermişdik. Amma K.Mustafayevin nəyə görə prokurorluğa çağırıldığı bilinmirdi. Bu gün onun söhbət gedən cinayətə görə sorğu-sual edildiyi təsdiqini tapıb.
Məhkəmə Kərəm Mustafayevin məhkəməyə çağırılması məsələsini hələ ki, açıq saxlayıb, Rəhim Cəfərovun dindirilməsi ilə bağlı vəsatət isə təmin edilib. General növbəti iclaslarda hakim qarşısında dayanacaq.
Qeyd edək ki, Kərəm Mustafayev elə bu hadisədən bir müddət sonra vəzifəsindən azad edilib.
23:54 / 28 Avqust 2026
11
23:28 / 28 Avqust 2026
40
23:11 / 28 Avqust 2026
48
22:56 / 28 Avqust 2026
53
22:32 / 28 Avqust 2026
58
22:12 / 28 Avqust 2026
61
21:45 / 28 Avqust 2026
62
21:09 / 28 Avqust 2026
77
20:50 / 28 Avqust 2026
94
20:40 / 28 Avqust 2026
100
20:07 / 28 Avqust 2026
83
19:53 / 28 Avqust 2026
110
19:29 / 28 Avqust 2026
84
19:26 / 28 Avqust 2026
322
19:16 / 28 Avqust 2026
424
19:09 / 28 Avqust 2026
86
18:47 / 28 Avqust 2026
96
18:30 / 28 Avqust 2026
97
18:21 / 28 Avqust 2026
585
18:10 / 28 Avqust 2026
74
18:00 / 28 Avqust 2026
80
17:59 / 28 Avqust 2026
105
17:40 / 28 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.