Məleykə Abbaszadə DİM-dən gedir - Yerinə bu şəxs gələcək - FOTO
28 Avqust 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
661
18.12.2024, 16:48
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində özəl bağçaların boş qalmış yerlərinə uşaqların qeydiyyatına start verilib.
Oxu24.com xəbər verir ki, qeydiyyat prosesi www.bq.edu.az portalı üzərindən həyata keçirilir.
Özəl məktəbəqədər təhsil müəssisələrinin boş qalan yerlərinə yerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuni nümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməli və özəl məktəbəqədər təhsil müəssisəsi ilə onlar arasında valideynin ödəyəcəyi aylıq təhsil haqqı məbləği də qeyd olunmaqla məktəbəqədər təhsil xidmətinin göstərilməsi barədə müqavilə bağlanılmalıdır.
Qeyd edək ki, qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir.
Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.
23:54 / 28 Avqust 2026
11
23:28 / 28 Avqust 2026
40
23:11 / 28 Avqust 2026
48
22:56 / 28 Avqust 2026
53
22:32 / 28 Avqust 2026
58
22:12 / 28 Avqust 2026
61
21:45 / 28 Avqust 2026
62
21:09 / 28 Avqust 2026
77
20:50 / 28 Avqust 2026
94
20:40 / 28 Avqust 2026
100
20:07 / 28 Avqust 2026
83
19:53 / 28 Avqust 2026
110
19:29 / 28 Avqust 2026
84
19:26 / 28 Avqust 2026
322
19:16 / 28 Avqust 2026
424
19:09 / 28 Avqust 2026
86
18:47 / 28 Avqust 2026
96
18:30 / 28 Avqust 2026
97
18:21 / 28 Avqust 2026
585
18:10 / 28 Avqust 2026
74
18:00 / 28 Avqust 2026
80
17:59 / 28 Avqust 2026
105
17:40 / 28 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.