Məleykə Abbaszadə DİM-dən gedir - Yerinə bu şəxs gələcək - FOTO
28 Avqust 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
324
17.12.2024, 16:39
Dekabrın 18-də Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.
Mərkəzdən bildirilib ki, imtahan vermək üçün 173 namizəd qeydiyyatdan keçib.
DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək imtahan saat 15:00-da başlanacaq və bir saat davam edəcək. Saat 14:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.
İmtahan vermək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.
Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əsli, buraxılış vərəqəsi və kalkulyator gətirməlidirlər.
İmtahan 9 istiqamət üzrə keçirilir. Namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.
23:54 / 28 Avqust 2026
11
23:28 / 28 Avqust 2026
40
23:11 / 28 Avqust 2026
48
22:56 / 28 Avqust 2026
53
22:32 / 28 Avqust 2026
58
22:12 / 28 Avqust 2026
61
21:45 / 28 Avqust 2026
62
21:09 / 28 Avqust 2026
77
20:50 / 28 Avqust 2026
94
20:40 / 28 Avqust 2026
100
20:07 / 28 Avqust 2026
83
19:53 / 28 Avqust 2026
110
19:29 / 28 Avqust 2026
84
19:26 / 28 Avqust 2026
322
19:16 / 28 Avqust 2026
424
19:09 / 28 Avqust 2026
86
18:47 / 28 Avqust 2026
96
18:30 / 28 Avqust 2026
97
18:21 / 28 Avqust 2026
585
18:10 / 28 Avqust 2026
74
18:00 / 28 Avqust 2026
80
17:59 / 28 Avqust 2026
105
17:40 / 28 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.