Məleykə Abbaszadə DİM-dən gedir - Yerinə bu şəxs gələcək - FOTO
28 Avqust 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1323
16.12.2024, 19:36
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.
Hərbi ekspert Səxavət Məmməd Referans.az-a açıqlamasında bu qərarın mahiyyəti haqqında danışıb.
“”Əslində, hərbi xidmətə çağırış yaşının 30-a endirilməsi gözlənilən bir hal idi. Çünki dünyada çox az ölkələrdə hərbi xidmətə son çağırış yaşı həddi 35 idi və bunlardan biri də Azərbaycan idi. Ona görə də bu yaş həddinin çox olması ilə bağlı iradlar və təklidlər də var idi. Bu səbəbdən yaş həddinin endirilməsi normal haldır. Əslində, 30 yaş həddi də çoxdur. Dünyada hətta müharibə vəziyyətində olan bir çox ölkələrdə belə bu yaş həddini 27 götürürlər. Mən də hesab edirəm ki, Azərbaycan üçün də ən uyğunu elə bu yaş ola bilərdi”.
Ekspert qeyd edib ki, 30 yaş üstü şəxslərin əsgərliyə getməsi məsələsində əsas problemlərdən biri də fiziki hazırlıq olaraq onların digər gənc hərbi xidmət yoldaşlarından geri qalması idi.
“Xəstəliklə və ya hansısa xəstəlik adı altına hansısa bir formada ordu sıralarına qatılmayanların məsələsi hazırda gündəmdədir. Ən çox müzakirə olunan məsələlərdən biri də odur ki, məhz bu proses necə tənzimlənəcək. Bəziləri deyirdi ki, məhz bu prosesi yenidən həll etmək lazımdır, bəziləri deyir, onları yalnız Səfərbərlik Xidmətinə çağırıb onları hansısa formada ordu sıralarına qatmaq lazımdır. Düşünürəm ki, bu biraz çətin proses olacaq. Çünki bir çoxları bu məsələyə görə pullar xərcləyiblər, Əgər bu məsələ yenidən araşdırılsa, hesab edirəm ki, çox sayda insanla bağlı cinayət işi açıla bilər. Ona görə də bu prosesdə şəffaflığa ehtiyac olacaq. Prosesin necə idarə ediləcəyi çox önəmli məsələdir. Təkcə qanunun qəbul edilməsi ilə iş bitmir. Əks halda olduqca çox problemli situasiyalarla üz-üzə qalacağıq”.
23:54 / 28 Avqust 2026
116
23:28 / 28 Avqust 2026
101
23:11 / 28 Avqust 2026
86
22:56 / 28 Avqust 2026
110
22:32 / 28 Avqust 2026
116
22:12 / 28 Avqust 2026
101
21:45 / 28 Avqust 2026
77
21:09 / 28 Avqust 2026
118
20:50 / 28 Avqust 2026
132
20:40 / 28 Avqust 2026
153
20:07 / 28 Avqust 2026
106
19:53 / 28 Avqust 2026
124
19:29 / 28 Avqust 2026
96
19:26 / 28 Avqust 2026
400
19:16 / 28 Avqust 2026
566
19:09 / 28 Avqust 2026
96
18:47 / 28 Avqust 2026
103
18:30 / 28 Avqust 2026
105
18:21 / 28 Avqust 2026
770
18:10 / 28 Avqust 2026
85
18:00 / 28 Avqust 2026
88
17:59 / 28 Avqust 2026
117
17:40 / 28 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.