Qaynar xətt:

(+99450) 247 90 86

Mask Baydeni dələduz adlandırdı

CƏMİYYƏT

193

09.12.2024, 22:20

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Co Baydeni Suriyaya humanitar yardım ayırmaq qərarına görə tənqid edərək bunu saxtakarlıq adlandırıb.

OXU24.COM  xəbər verir ki, o, müvafiq paylaşımı X sosial şəbəkəsindəki hesabında yerləşdirib.

"Hökumət fırıldaqlarının ölçüsü və miqyası ağılları qarışdırır", - deyə o qeyd edib.

Xüsusilə, Mask bəzilərinin aşağı temperaturda çadırlarda gecələməyə məcbur olduğu Şimali Karolina sakinləri ilə bağlı vəziyyətə belə cavab verib. Onun sözlərinə görə, bu fonda Anqola, Ukrayna və Suriyaya humanitar yardımın ayrılması düzgün qərar deyil.