Bakının Sabunçu rayonunun sakini olan 11 yaşlı Mehdiyev Nihad keçən həftənin bazar günü yoxa çıxıb.
Milli.Az xəbər verir ki, məktəblinin anası "Səni axtarıram"da yoxa çıxan övladının tapılması üçün kömək istəyib.
Qadın oğlunun itməmişdən qabaq evə gec saatlarında gəldiyini də bildirib:
"İlk dəfədir gəlmir evə. Məkətəbə gedib, dərsə girməyib. Bu hal çox olub. Oğlumun dərsə girmədiyi barədə mənə məlumat verilib. Amma mən də evdə olmuram, işə gedirəm. Oğluma anam baxır. O günü uşağı çimizdirəndə gördüm ki, uşağın bədəni gömgöydür. Soruşdum "Bunu kim edib?" "Qorxuram, deyə bilmərəm" dedi. Bir dəfə gəlib dedilər ki, uşağı aparıblar qəbiristanlığa döyüblər. Döyənlər məktəbli uşaqlar deyil.
Bacısı yoxa çıxan qardaşı barədə "Mən səhər, o günorta məktəbə gedirdi. Anam qardaşımı məktəbə göndərirdi, o getmirdi məktəbə. Məktəbin həyətinə girirdi, sonra çıxırdı" ifadələrini işlədib". Oxu24.com
ŞƏRHLƏR