Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117778
az

Ermənistan Qarabağla bağlı yeni təşkilat yaratdı -Plan nədir?

09:5611 Sentyabr, 2024
98
CƏMİYYƏT
  • A

Ermənistan hakimiyyətinin Xankəndidən İrəvana qaçan separatçıları neytrallaşdırmaq üçün işə saldığı Samvel Babayan planı baş tutmayıb.

OXU24.COM xəbər verir ki, Paşinyan hakimiyyəti separatçı Samvel Babayanı keçmiş “Qarabağ klanı"na yaxın separatçıları neytrallaşdırmaq üçün aktiv şəkildə dəstəkləyirdi. Ermənistan mediası Babayanın Qarabağ adına QHT yaradacağını və Qarabağdan qayıdan erməni əhalisinin problemləri ilə məşğul olacağını yazırdı. Bununla hakimiyyət erməni əhalisini “Qarabağ klanı"na yaxın separatçılardan uzaqlaşdırmaq və siyasiləşməsinin qarşısını almağı düşünürdü.

“Hraparak” nəşri yazır ki, bu plan iflasa uğrayıb.

“İndi yeni plan işə salınıb. Artıq bir neçə aydır “Qarabağ qaçqınlarının insan haqları assosiasiyası” yaradılıb. Bu təşkilat “Facebook”da fəallığı ilə diqqət çəkir. Təşkilata Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qohumu, Qarabağda (qondarma) “milli təhlükəsizlik xidməti”nin əməliyyatçısı olmuş Andranik Qriqoryan rəhbərlik edir. O, müxtəlif yerlərdə yaşayan “Qarabağ erməniləri” ilə görüşlər keçirir. Əslində məqsəd bu əhalini öz tərəflərinə çəkməkdir. Buna görə onlara dəstək verirlər”, - nəşr yazır.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...
Heydər məscidində vəhdət namazı qılındı -FOTO
Fidan Dəməşqdə: Colani ilə görüşdü - Foto

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ